Icma.az
close
up
RU
Sağlığında əfsanələşməyi bacaran xanım Zərifə Əliyeva

Sağlığında əfsanələşməyi bacaran xanım Zərifə Əliyeva

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyeva XX əsrin ortalarında tibb elmində inqilabi kəşflərə imza atmışdı. Ötən əsrin 40-cı illərində gözü zədələyən və ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi Azərbaycanda geniş yayılmışdır. Bu xəstəliklə mübarizə tək oftalmologiya sahəsində deyil,  ümumilikdə Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım Əliyeva bu xəstəliyin müalicəsi istiqamətində aparılan profilaktik tədbirlərin təşkilində  yaxından iştirak etməklə yanaşı, traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedərək həkim oftalmoloqlara məruzələr oxuyurdu.

Görkəmli alim və oftalmoloq Zərifə xanım Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950-ci ildə aspiranturaya daxil olaraq elmi axtarışları davam etdirmişdir. Zərifə xanım 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almış və onun təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edilmiş,  ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Bununla da Zərifə xanım Azərbaycan elminə və Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfə vermiş oldu. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı zaman, 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası "Oftalmologiya" ixtisası üzrə ona böyük elmi işçi ixtisası vermişdir. 1967-ci ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət olunur. Bu institut uzun illər həmin kafedraya rəhbərlik etmiş Zərifə xanım Əliyevanın atası Əziz Əliyevin adını daşıyır. Bu illərdə Zərifə xanım ən mürəkkəb göz əməliyyatları aparmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən həkimlərlə də pedaqoji iş aparırdı. Traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi sahəsində də Zərifə xanım Əliyeva "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti" mövzüsunda yazdığı dissertasiya işi Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda yüksək qiymət almışdır. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, 1983-cü ildə kafedra müdiri seçilmişdir. Zərifə xanım Əliyevanın göz xəstəliklərinə aid məqalələri elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Zərifə xanım Əliyeva ən aktual mövzularl əhatə edən bir sıra monoqrafiyalarln müəllifi olmuşdur. Bu monoqrafiyalar oftalmoloqlarla yanaşı, fizioloqların da diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyevanın müəlliflərindən biri olduğu "Terapevtik oftalmologiya" kitabı müasir dövrdə də oftalmoloqların stolüstü kitabı olaraq qalmaqdadır.

Zərifə xanım Əliyeva 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. 1981-ci ildə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən nüfuzlu mükafat  - SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanımın səhiyyə sahəsində kadrların hazırlanmasında və həkimlərin təkmilləşdirilməsi işində də böyük zəhməti olmuşdur. Alimin rəhbərliyi ilə oftalmologiya sahəsində yüzlərlə gənc həkim ordusu yaranmışdı. Böyük xidmətlərinə, çoxillik tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ EA-nın akademiki seçilmişdir.

Zərifə xanım böyük alim olmaqla yanaşı, ictimai işlər də aparırdı. Zərifə xanım Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə təcəssüm etdirirdi. Zərifə xanım Əliyeva 1982-ci il aprel ayının 15-də Moskvada vəfat etmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilmişdi. 3 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyevanın 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalamışdır.

Zərifə xanımın həyat yoldaşı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hər zaman bu böyük alim, ideal ömür gün yoldaşı haqqında çox dəyərli fikirlər söyləmişdi. Heydər Əliyevin: “Azərbaycan xalqının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, sədaqət, humanizm kimi ali hisslərlə birləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib" söyləməsi həqiqətən də Zərifə xanımın nə qədər ülvi və dəyərli bir insan olduğunu sübut edir. Prezident cənab İlham Əliyev də anası Zərifə xanımla bağlı olan fikirləri hər zaman dilə gətirmiş, onun necə güclü və qürurlu qadın olduğunu vurğulamışdı.

Zərifə xanım böyük alim, sədaqətli ömür gün yoldaşı, eləcə də qayğıkeş ana kimi hər zaman Azərbaycan qadınına bir örnəkdir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Aprel 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri