Icma.az
close
up
RU
“Şahdəniz 2” Azərbaycanı iri qaz ölkəsinə çevirən yataq

“Şahdəniz 2” Azərbaycanı iri qaz ölkəsinə çevirən yataq

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2018-ci il iyulun 30-da bu layihə çərçivəsində hasilata başlanıb

Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevrilmiş “Şahdəniz” yatağı Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. “Şahdəniz” Xəzər dənizində indiyədək kəşf edilmiş ən böyük təbii qaz yatağıdır. Təsadüfi deyil ki, zənginliyinə görə yataqların şahı adlandırılan “Şahdəniz”də 1 trilyon kubmerdən çox təbii qaz və 2 milyard barel kondensat ehtiyatları mövcuddur. Dünya səviyyəli bu yataq, həm də BP-nin 117 illik tarixində aşkar edilmiş ən böyük təbii qaz yatağıdır.

1996-cı ilin iyunun 4-də “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair xarici şirkətlərlə imzalanmış saziş artıq 30-cu ilinə qədəm qoyub. Ötən müddətdə bu tarixi sənəd Xəzər regionunu beynəlxalq əməkdaşlıq meydanına çevirməklə bir sıra dünya səviyyəli enerji layihələrinin də həyata vəsiqə qazanmasına vəsilə olub. Elə XXI əsrin ən böyük “mavi yanacaq” ixracı marşrutlarından sayılan Cənub Qaz Dəhlizi də “Şahdəniz” layihəsinin uğurlu nəticəsidir.

1999-cu ilin yayında “Şahdəniz”də qazılmış ilk kəşfiyyat quyusunda əldə edilmiş nəticələrin təqdimatına həsr olunmuş təntənəli mərasimdə Azərbaycanın yeni neft strategiyasının memarı, ulu öndər Heydər Əliyevə bu yatağın təbii qazla zəngin olması ilə bağlı məlumat verilib. Beləliklə, Azərbaycanın neft və qaz ehtiyatları ilə zənginliyi bir daha bütün dünyaya nümayiş etdirilib. “Şahdəniz”də 1 trilyon kubmetrdən artıq qaz ehtiyatlarının mövcudluğunu nəzərə alan konsorsium iştirakçıları yatağın bir neçə mərhələdə işlənməsi təklifi ilə çıxış ediblər. Yatağın birinci mərhələsi çərçivəsində quraşdırılmış platformadan (Şahdəniz-Alfa) ilk qazın hasilatına 2006-cı ilin sonlarında start verilib. 2007-ci ilin əvvəllərindən etibarən isə birinci mərhələ qazının Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə nəqlinə başlanılıb.

2013-cü il sentyabrın 19-da “Şahdəniz” müqaviləsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində qazın Avropadakı istehlakçılarla alqı-satqısına dair sazişlər imzalanıb. Həmin sazişlərə əsasən “Şahdəniz-2” layihəsi çərçivəsində qazın “Cənub Qaz Dəhlizi” ilə ilk dəfə olaraq Azərbaycandan Avropaya birbaşa çatdırılması nəzərdə tutulurdu. Bu da “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində hasil ediləcək ildə 16 milyard kubmetr qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması demək idi.

Həmin il dekabrın 17-də isə Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarı imzalanıb. Bununla da, “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş həlledici mərhələyə qədəm qoyub. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası), Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan TAP kəmərlərinin tikintisi ilə bağlı planların gerçəkləşməsinə imkan yaradıb. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Bakı yaxınlığında yerləşən Səngəçal terminalındakı əsaslı genişləndirmə işlərindən və Azərbaycan ərazisində 428 kilometr uzunluğunda yeni boru kəmərini, Gürcüstan ərazisində 59 kilometr uzunluğunda yeni boru kəmərini və 2 yeni kompressor stansiyasını əhatə edən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsindən ibarətdir.

Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənilməsi texnologiyası tətbiq olunur. Bu da BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri sualtı infrasrukturdur. “Şahdəniz-2” platformalarının tikintisi 100 faiz ölkə daxilində həyata keçirilib. Bu tikililərin ümumi çəkisi 29 min 200 ton təşkil edir. Həmin tikililər 16 min 500 boru qovşağından, 881 kilometr kabel xəttindən ibarətdir. Üst tikililərin quraşdırma işləri 3 il ərzində tamamlanıb və son dərəcədə yüksək texniki təhlükəsizlik göstəriciləri ilə həyata keçirilib. Ümumilikdə isə, dənizə yola salınan yaşayış blokları və texnoloji təchizat platformasının üst modullarının tikintisi planlaşdırılmış qrafikdən tez yekunlaşıb ki, bu da “Şahdəniz-2” layihəsi üzrə ilk qazın nəzərdə tutulmuş vaxtda çıxarılmasına imkan yaradıb.

Qeyd edək ki, “Şahdəniz-2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni “Cənub Qaz Dəhlizi”nin başlanğıc nöqtəsidir. Ən yüksək sabit hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr qaz əlavə edilməsi nəzərdə tutulur. “Şahdəniz”in ümumi hasilatının isə birinci mərhələ də daxil olmaqla ildə 26 milyard kubmetr qaz və gündəlik 120 min barel kondensat həcminə çatdırılacağı gözlənilir. Ötən müddətdə layihə çərçivəsində 22 quyu qazılıb. Həmin quyulardan isə indiyədək, təqribən, 100 milyard kubmetr qaz çıxarılıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan 31 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açmış və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdırsa, “Şahdəniz-2” XXI əsrin ən iri enerji layihələrindən biri sayılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri