Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

“Şahdəniz” Azərbaycanı qaz ölkəsinə çevirən xəzinə

“Şahdəniz” Azərbaycanı qaz ölkəsinə çevirən xəzinə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndiyədək bu yataqdan 243,6 milyard kubmetr qaz və 49,6 milyon ton kondensat çıxarılıb

Azərbaycanı Avropada strateji enerji tərəfdaşına, dünyanın potensial qaz ölkəsinə çevirən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi uğurla davam etdirilir. “BP-Azərbaycan” şirkətinin 2025-ci ilin birinci rübünün nəticələrinə dair hesabatına əsasən, yanvar–mart aylarında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 726 milyon dollar, əsaslı məsrəflərinə isə 213 milyon dollar xərclənib. Həmin vəsaitin əsas hissəsi hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf olunub.

Məlumatda bildirilir ki, cari ilin ilk rübü ərzində qazın “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib.

Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Hazırda həmin qurğuların gündəlik hasilat gücü, təxminən, 76,4 milyon kubmetr (ildə 27,9 milyard kubmetr) təşkil edir.

Bu ilin birinci rübündə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” adlı platformalardan, ümumilikdə, təqribən, 7 milyard kubmetr qaz və 1 milyon ton (təqribən 8 milyon barel) kondensat çıxarılıb.

Layihə səhmdarlarının yekdil qərarına əsasən, “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi qərara alınıb. Xatırladaq ki, birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, hasilata isə 2006-cı ilin sonlarında başlanılıb. Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Belə ki, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasrukturdur.

Təxminən, 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir.

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını da işlənməyə daxil ediblər.

2025-ci ilin birinci rübünü də “Şahdəniz-2” layihəsi üçün uğurlu hesab etmək olar. Hesabat dövründə layihə çərçivəsində qərb-cənub cinahından 5-ci quyu işə salınıb. Qalan quyularda isə sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib. Bu ilin əvvəlindən etibarən “Xankəndi” sualtı tikinti gəmisi ilə layihə çərçivəsində göstərilən xidmətlərin həcmi xeyli genişləndirilib. Belə ki, yanvar-mart aylarlnda sözügedən gəmi vasitəsilə hazırda istismarda olan bütün “Şahdəniz-2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə lazımi dəstək verilib.

Bütövlükdə isə, regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq “Xankəndi” dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas su nəqliyyatı kimi istifadə olunur. Bu da BP və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.

Hazırda uğurla istismar olunan “Xənkəndi” gəmisinin əsas iş həcmləri “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə bağlıdır. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb.

Cari ilin ilk rübündə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. BP-nin rüblük hesabatında qeyd olunduğu kimi, ilin əvvəlindən “Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən fəal iş rejiminə keçirilib. Bununla yanaşı, hesabat dövründə “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları vasitəsilə “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işlər davam etdirib.

Rüb ərzində “İstiqlal” qurğusu yatağın qərb-cənub cinahında “SDF02” və “SDF042 quyularında qazma işləri həyata keçirib. “Heydər Əliyev” qurğusu isə yatağın qərb cinahında “SDD05” quyusunda qazma işlərini bitirib. Qurğu hazırda şərq-şimal cinahında “SDH04” quyusunda qazma işlərini davam etdirir. Ümumilikdə isə, işlənmənin ilk vaxtlarından etibarən “Şahdəniz-2” layihəsi çərçivəsində 22 quyu qazılaraq istismara daxil edilib. Həmin quyuların 5-i yatağın şimal, 5-i qərb, 4-ü şərq-cənub, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qazılıb.

“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Terminaldakı mövcud qurğular isə qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə (CQBK) ötürür. Bu ilin ilk rübü ərzində terminaldan gündəlik orta hesabla, təxminən, 73,3 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub. Hesabat dövründə boru kəmərinin səmərəli idarə edilməsi məqsədilə yaradılmış şirkətin səhmdarları tərəfindən CQBK-nin əməliyyat tədbirlərinə təqribən 18 milyon dollar, əsaslı məsrəflərinə isə 6 milyon dollar xərclənib.

2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alıcılara daha çox qaz çatdırmaq məqsədilə kəmərin imkanları xeyli genişləndirilib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. 2025-ci ilin ilk rübü ərzində Cənubi Qafqaz boru kəmərinin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr təşkil edib.

Xatırladaq ki, “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99 faiz), Cənub Qaz Dəhlizi (21,02 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz) NİKO (10 faiz) şirkətləridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri