Sahib Ələkbərov: Növbəti “Tour d’Azerbaidjan” velosiped yarışı əvvəlkilərdən daha əhatəli olacaq
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
"2026-cı ildə keçirilməsi planlaşdırılan “Tour d’Azerbaidjan” velosiped yarışı əvvəlki illərdə təşkil edilən analoji turnirlərdən daha əhatəli olacaq".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov deyib.
O, yarışla bağlı fikirlərini bölüşüb: "Bu, əvvəlki illərdəkindən daha əhatəli olacaq. Beş mərhələdən ibarət turnirin 2026-cı ildə təqvim planına daxil edilməsi üçün Beynəlxalq Velosipedçilər İttifaqına rəsmi müraciət artıq göndərilib. Bunun qəbul olunacağını güman edirik. “Tour d’Azerbaidjan” yarışının 20 şəhər və rayonun ərazisindən keçməsi nəzərdə tutulur. Əvvəlcə Bakıdan start götürəcəyik. Velosipedçilər işğaldan azad olunmuş ərazilərdən, Xankəndidən də keçəcəklər. Sonuncu mərhələdə finiş xəttimiz isə Şuşada olacaq".
Qeyd edək ki, 2026-cı ildə gerçəkləşməsi planlaşdırılan “Tour d’Azerbaidjan”da birinci mərhələ Bakı-Sumqayıt, ikinci mərhələ Bakı-Şamaxı-İsmayıllı, üçüncü mərhələ Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, dördüncü mərhələ Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə, beşinci mərhələ isə Gəncə-Tərtər-Xankəndi-Şuşa marşrutu üzrə həyata keçiriləcək. Sözügedən velosiped yarışı daha əvvəl, 2013-2017-ci illər aralığında 5 dəfə təşkil olunub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















