Icma.az
close
up
RU
Sahibə Qafarova Assembliyanın Prezidenti ilə görüşdü

Sahibə Qafarova Assembliyanın Prezidenti ilə görüşdü

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 19-da Bakıda keçirilən COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Aralıq dənizi Parlament Assambleyasının prezidenti Enaam Mayaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyi qeyd edilərək, Bakıda COP29-un təşkil olunması ölkəmizə olan hörmətin əlaməti, Azərbaycanın beynəlxalq arenada oynadığı fəal rolun yüksək dəyərləndirilməsi kimi qiymətləndirilib.

Söhbət zamanı, iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri təhdid etdiyi, onun müşahidə olunan fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Spiker Sahibə Qafarova qonaqlara noyabrın 16-17-də Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü haqqında da məlumat verib. Onun sözlərinə görə, tədbirdə müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı ilə bu qlobal problemə dair aktual məsələlər müzakirə edilib və parlamentlərimizin vahid mövqeyini əks etdirən yekun sənəd qəbul edilib. Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunu vurğulayaraq, bu Görüşü qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə parlament töhfəsi kimi qiymətləndirib.

Parlament Assambleyasının prezidenti Enaam Mayara Azərbaycanın bu qlobal tədbirə uğurla evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

Söhbət zamanı, Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə məlumat verib.

Görüşdə həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə bu təşkilat arasında mümkün əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri