Icma.az
close
up
RU
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri ilə görüşüb

Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri ilə görüşüb

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Saqr Qobaş bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə inamını ifadə edib. Saqr Qobaş ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, xüsusilə iqtisadi əmıkdaşlıq sahəsində əldə olunan nəticələrdən razılığını ifadə edib.
Bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu deyən spiker Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Söhbət zamanı qeyd olunub ki, ölkələrimizi tarixi, dini və mədəni köklər birləşdirir və ikitərəfli əlaqələrimiz qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf edib. Görüşdə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin sədrliyi ilə həyata keçirilən tədbirlər təşkilatın institusional inkişafına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. O, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin təmsilçilərinin Parlament Şəbəkəsinin tədbirlərində iştirakından məmnunluğunu bildirib.
Federal Milli Şuranın sədri Saqr Qobaş Sahibə Qafarovanı yenidən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, beynəlxalq münasibətlərdə müşahidə olunan qütbləşmə və gərginliklər fonunda Parlament Şəbəkəsinin mühüm rol oynaya biləcəyini və ölkəsinin bu platforma çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq, qanunverici orqanlarımız arasında da uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq, vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Spiker Sahibə Qafarova Federal Milli Şuranın sədri ilə bundan öncə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu cür təmasların, o cümlədən, qarşılıqlı səfərlərin münasibətlərə müsbət töhfələr verdiyini bildirib. Söhbət zamanı dostluq qruplarının fəaliyyətinin də parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb. O, BƏƏ parlamentinin üzvlərinin mütəmadi olaraq Milli Məclisin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirakından razılığını bildirib.
Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə BƏƏ-nin COP28-ə sədrliyi arasında çox uğurlu əməkdaşlıq olduğu bildirilib. Həmçinin, COP29 çərçivəsində keçirilən Parlament Toplantısında BƏƏ parlamentinin 3 nümayəndəsinin iştirak etdiyi, tədbirin təşkilində tərəflər arasında təcrübə mübadiləsi aparıldığı da diqqətə çatdırlıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 May 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri