Icma.az
close
up
RU
Sahibə Qafarova BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib

Sahibə Qafarova BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forum öz işinə başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Əvvəlcə tədbirin açılış mərasimi keçirilib.

Spiker Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib. O, tədbirin uğurla təşkil olunmasına görə ev sahibi Türkmənistana təbriklərini çatdırıb.

Milli Məclisin sədri bildirib ki, bu forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət Proqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir. Onun sözlərinə görə, parlamentlər müəyyən edilmiş məqsədlərə nail olmağı dəstəkləmək üçün mühüm qanunvericilik bazasına, büdcənin formalaşdırılması və nəzarət alətlərinə malikdir. İnsanların təmsilçisi olaraq məhz parlamentlər ilk olaraq onlarla təmas qururlar. Vurğulanıb ki, hökumətlər və vətəndaşlar arasında körpü rolunu oynayan parlamentlər vətəndaş cəmiyyətinin irəli sürdüyü istənilən fikir və ideyaları dinləyib gündəmə gətirirlər.

Spiker Sahibə Qafarova çıxışında milli sərhədləri aşan və parlamentlərin fəaliyyətini beynəlxalq səviyyəyə qaldıran parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ideyaların müzakirəsi və təcrübə mübadiləsinin parlamentlərin fəaliyyətinə yeni perspektivlər qatacağına inamını ifadə edib. Qeyd olunub ki, belə forumlar parlamentlərin səylərinin birləşdirilməsinə və fəaliyyətlərin əlaqələndirilməsinə kömək edə bilər. Milli Məclisin sədri vurğulayıb ki, milli inkişaf, regional əməkdaşlıq, beynəlxalq dəstək və tərəfdaşlıq hazırkı və gələcək fəaliyyətin əsas istiqamətləri kimi qalmalıdır. Onun sözlərinə görə, bu, 2030 Gündəliyinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, eləcə də heç kimin geridə qalmaması baxımından böyük əhəmiyyət daşıyır.

Parlamentin Spikeri müzakirələr zamanı Azərbaycanın bu istiqamətdəki təcrübələrini də diqqətə çatdırıb. O, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın həyata keçirdiyi təşəbbüslərin coğrafi məhdudiyyətləri imkanlara çevirdiyini vurğulayaraq bildirib ki, son illər ərzində ölkəmiz nəqliyyat infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil və dəmir yollarının inşasına milyardlarla dollar sərmayə yatırıb. Qeyd olunub ki, Transxəzər Orta Dəhliz və Şimal-Cənub dəhlizi boyunca yerləşən Azərbaycan bu gün Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Milli Məclis sədrinin çıxışında bildirilib ki, orta dəhlizin təməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin regional əlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən “Rəqəmsal İpək Yolu” layihəsi – Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel şəbəkəsi – rəqəmsal infrastrukturun və rəqəmsal təhlükəsizliyin inkişafına töhfə verəcək.

Spiker Sahibə Qafarova, həmçinin hazırda həyata keçirilən digər mühüm təşəbbüs - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənub-Cənub əməkdaşlığı konsepsiyasına sadiq qalaraq, gömrük işinin təkmilləşdirilməsi, modernləşdirilməsi, rəqəmsallaşdırılması və infrastrukturun inkişafı sahəsindəki təcrübəsini dənizə çıxışı olmayan digər inkişaf etməkdə olan ölkələrlə bölüşür. Bu da həmin ölkələrə coğrafi təcriddən çıxmaq və kollektiv tərəqqiyə nail olmaq imkanı yaradır. O, həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyəti dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün onlara dəstək xarakterli daha güclü və praktiki mexanizmlər təqdim etməyə çağırır.

Çıxışda o da vurğulanıb ki, Azərbaycanın təşəbbüsləri dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün regional əməkdaşlığa və koordinasiyaya, daha yaxşı əlaqələrə və ticarətə töhfədir.

Sonra müzakirələr digər çıxışlarla davam edib.

Tədbirin sonunda Milli Məclisin sədri müzakirələrin səmərəli keçdiyini söyləyərək, belə platformaların təcrübə və yeni ideyaların mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib. O, yekun sessiyada qəbul edilən və tədbir iştirakçılarının ümumi mövqeyini əks etdirən yekun sənədin, ümumi məqsədlərimizin reallaşdırılmasına əhəmiyyətli dəstək verəcəyini və Avaza Fəaliyyət Proqramının həyata keçirilməsinə töhfə olacağını söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri