Sahibə Qafarova Qadın Parlament Forumunda ölkəmizdə gender bərabərliyi sahəsində vəziyyət haqqında məlumat verib
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasının açılış mərasimində çıxışında Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət haqqında məlumat verib.
Newscenter.az xəbər verir ki, spiker Sahibə Qafarova deyib ki, güclü ailə və mədəni ənənələrə söykənən Azərbaycan cəmiyyətində qadınlar ailənin — cəmiyyətin ən kiçik vahidinin - formalaşmasında və dəyərlərin gələcək nəsillərə ötürülməsində daim mərkəzi rol oynayıb. Onun sözlərinə görə, qadınlar cəmiyyətdə həmişə bərabər tərəfdaş kimi qəbul edilib və onun inkişafına həlledici təsir göstərib.
Milli Məclisin sədri vurğulayıb ki, bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəal şəkildə təmsil olunurlar. Qadınlar qanunverici və icraedici hakimiyyət orqanlarında, məhkəmə sistemində və diplomatik fəaliyyətdə yüksək vəzifələr tuturlar. O, 2026–2028-ci illəri əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinin Azərbaycan hökuməti tərəfindən bu sahədə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin davamı olduğunu söyləyib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Sahibə Qafarova Beynəlxalq Parlament Konfransından DANIŞDI
10 Dekabr 2024 13:01
Sahibə Qafarova Beynəlxalq Parlament Konfransında çıxış etdi
07 Dekabr 2024 12:01
Sahibə Qafarova Parlament Sədrlərinin konfransında çıxış edib
30 İyul 2025 13:54
Sahibə Qafarova: Asiya Parlament Assambleyasını gücləndirmək istəyirik
19 Fevral 2025 10:21
Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik edəcək
07 Aprel 2025 10:41
Baxış sayı:67
Bu xəbər 27 Yanvar 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















