Sahibə Qafarova: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi önəmli platformaya çevrilib
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Milli Məclisin sədri Sahibə Qafarova Dominikan Respublikası Deputatlar Palatasının sədri Alfredo Paçeko ilə görüşüb.
Newscenter.az xəbər verir ki, sədr dominikanlı həmkarı ilə İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində görüşüb.
Görüş zamanı parlamentlərarası əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı ölkələrimizin Parlamentlərarası İttifaq, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd olunub, bunun ümumi mənafelərə xidmət etdiyi vurğulanıb.
S.Qafarova Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, parlament diplomatiyasının təşviqinə xüsusi önəm verdiyini bildirib. Əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, o cümlədən kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi üçün qarşılıqlı dəstəyin təşviqi və qlobal çağırışlara birgə cavab verilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.
O, həmçinin bildirib ki, COP29-a sədrliyi çərçivəsində Azərbaycan kiçik ada dövlətlərin narahatlıqlarını daim diqqətdə saxlayıb, onların üzləşdiyi problemlərin həlli istiqamətində beynəlxalq səylərin birləşdirilməsinə xüsusi önəm verib. Bu məqsədlə COP29 çərçivəsində həmin dövlətlərin problemlərinə həsr olunmuş xüsusi sammit keçirilib. Sahibə Qafarova, eyni zamanda, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasının və institusional inkişafının çoxtərəfli parlament əməkdaşlığı baxımından önəmli platformaya çevrildiyini vurğulayıb.
Alfredo Paçeko ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirərək, parlamentlər arasında təmasların artırılmasının münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Sahibə Qafarova: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi önəmli platformaya çevrilib
17 Aprel 2026 18:37
Sahibə Qafarova: Ötən 65 il ərzində Qoşulmama Hərəkatı mühüm platformaya çevrilib
02 Sentyabr 2026 11:39
Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib
08 Oktyabr 2026 22:03
Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik edəcək
07 Aprel 2025 10:41
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olunub
03 Sentyabr 2026 18:42
Baxış sayı:133
Bu xəbər 17 Aprel 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















