Sahibə Qafarova Qurbanqulu Berdimməhəmmədovla görüşdü
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər.
Modern.az-ın məlumatına görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.
Görüş zamanı beynəlxalq parlament təşkilatlarının üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən qanunvericilik sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyəti qeyd olunub.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov MDB Parlamentlərarası Assambleyasının müsbət fəaliyyətini qeyd edib.
Həmçinin MDB Parlamentlərarası Assambleyasının uzun illərdir dövlətlərarası qarşılıqlı fəaliyyət üçün möhkəm qanunvericilik bazasının formalaşdırılması istiqamətində səmərəli iş apardığı vurğulanıb.
Qurbanqulu Berdiməhəmmədov parlament sədrlərinə Türkmənistanın təşkilata üzv dövlətlərlə uzun illər ərzində formalaşmış mütərəqqi münasibətlərini və həyata keçirilən birgə layihələri diqqətə çatdıraraq, bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















