Icma.az
close
up
RU
Sahibə Qafarova SanktPeterburq şəhərində Parlamentlərarası Assambleyasının plenar iclasında çıxış etdi

Sahibə Qafarova SanktPeterburq şəhərində Parlamentlərarası Assambleyasının plenar iclasında çıxış etdi

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 22-də Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib.

Bakupost.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən spiker Sahibə Qafarova Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli tərəfdaşlıq mexanizminə çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.

MDB PA-çərçivəsində keçirdiyi görüşlərdə və çıxışlarında Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında geniş məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası Assambleyanın plenar iclasında bir daha bu mövzuya toxunub.

O, xatırladıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası başa çatmaq üzrədir, COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır.

Milli Məclisin sədri məlumat verib ki, iki gün davam edən görüş və yekun sənəd iqlim dəyişikliyi ilə mübarizədə bizim ümumi mövqelərimizin ifadəsi idi.

MDB Parlamentlərarası Assambleyasının öz fəaliyyətinin beynəlxalq istiqamətini fəal şəkildə inkişaf etdirdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bu fəaliyyətin praktiki həyata keçirilməsi formalarından biri də 2024-cü ilin iyulunda Sankt-Peterburq şəhərində BRICS ölkələrinin Parlament Forumunun plenar sessiyasının keçirilməsi olub.

Çıxışında Sahibə Qafarova həmçinin vurğulayıb ki, Parlamentlərarası Assambleyanın əsas fəaliyyət istiqamətlərindən biri MDB üzvü olan dövlətlərdə keçirilən seçkilərlə bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir.

Çıxışda MDB PA-ya üzv dövlətlərin Demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına əməl olunmasının inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutun, o cümlədən onun 2007-ci ildən fəaliyyət göstərən Bakı filialının fəaliyyəti və töhfələri də diqqətə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri