Icma.az
close
up
RU
Статья не опубликована
Sahibə Qafarova Venesuela Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Venesuela Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb.

görüşdə Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib. Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Qeyd edilib ki, qarşılıqlı səfərlər bu imkanların müzakirəsi baxımından faydalıdır. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən ali və yüksək səviyyəli səfərlərin müstəsna rolu diqqətə çatdırılıb.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli şəkildə əməkdaşlıq etdiyi bildirilib, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə edilib. Qoşulmama Hərəkatında ölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəli sürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi vurğulanıb.

Görüşdə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez Qomezin salamlarını Milli Məclisin sədrinə çatdıran qonaq, ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrinin genişləndirməsində ölkələrin ali qanunvericilik orqanlarının müsbət rolu qeyd edilərək, parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu çərçivədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin, qarşılqlı səfərlərin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı, təşkilatın məqsədlərinin həyata keçiriıməsi istiqamətində görülən işlər barədə məlumat verib. Venesuela Milli Assambleyası sədrinin müavini Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəsinin Şəbəkənin işində fəal iştirak etdiyini söyləyib.

Görüşdə qlobal iqlim dəyişiklikləri və onun yaratdığı problemlərin inkişaf etməkdə olan ölkələrə böyük təsirləri barədə də fikirlər səsləndirilib. Qonaq Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurlu evsahibliyi ilə bağlı təbriklərini çatdırıb.

Söhbət zamanı Milli Məclisin sədri, həmçinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və suverenliyini bərpa etməsindən sonra regionda mövcud olan vəziyyət barədə də məlumat verib. O, Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının uzun illər ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, bu gün keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtdıqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Aprel 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri