Icma.az
close
up
RU
Xronika: Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi

Xronika: Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Zəngəzurda bütün ermənilərə "susun" əmri verilib" adlı süjetdə Ermənistanın son həftələr sərhəddə atəşkəsi pozması və rəsmi İrəvanın sülh bəyanatlarının kölgəsində həyata keçirdiyi eskalasiya oyunlarından bəhs olunub.

Bildirilib ki, bu il martın 13-də Azərbaycan və Ermənistanın 17 maddədən ibarət olan sülh sazişi mətninin razılaşmasından bir neçə gün sonra Ermənistan sərhəddə atəşkəsin pozulmasını intensivləşdirdi: "İrəvanın hədəfi bəllidir. Atəşkəsin pozulması ilə beynəlxalq diqqəti bölgəyə çəkmək və mövcud şərtlər çərçivəsində sülh sazişinin imzalanması çağırışlarını yaratmağa çalışırlar. Sülh sazişi mətninin razılaşdırılmasından dərhal sonra atəşkəsin pozulması hallarının artması da buna hesablanıb".

Qeyd olunub ki, son vaxtlar Ermənistan Azərbaycan tərəfinin atəş açdığı iddialarını irəli sürməyə başlayıb: "Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun Zəngəzur (Sünik rayonu) bölgəsindəki Xəzinəvar və Xanazax kəndlərinin "atəşə tutulduğu" iddiasını yaydıqdan sonra "Hraparak" qəzeti bu kəndlərin sakinləri ilə əlaqə saxlamağa çalışıb. Nəşr öyrənib ki, bu kəndlər də daxil olmaqla, ümumilikdə Zəngəzurda yaşayan ermənilərə rəhbərlikdən qəti şəkildə tapşırılıb ki, sərhəddə baş verən atışma, xüsusilə "mülki evlərə" açılan atəşlə bağlı heç kim danışmasın, mediaya məlumat verməsin. Çünki sərhəddə atəşkəsi pozan Ermənistanın özü sərhəd bölgəsindəki mülki evlərə zərər vurur və bundan Azərbaycanı "mülki əhaliyə hücumda" ittiham üçün istifadə edir. Erməni əhalisinə "susun" əmrinin verilməsi də bundan qaynaqlanır".

Diqqətə çatdırılıb ki, rəsmi İrəvanın yekun hədəfi razılaşdırılmış sülh sazişi mətnini imzalamaqla digər vacib məsələləri - Ermənistan konstitusiyasının dəyişdirilməsi, qaçqınların Qərbi Azəbaycana qayıdışının təmin edilməsi, Zəngəzur dəhlizinin açılmasını gündəmdən çıxarmaqdır: "Ermənistanın qoşunlarını son günlər Azərbaycanla sərhədə cəmləməsi, yeni istehkamların və səngərlərin qazılması, pilotsuz uçuş aparatları və dronlarla ordumuzun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməsi də təxribat planlarının tərkib hissəsidir".

Erməni təxribatlarının nəticəsinin necə olacağı Ermənistan mediasında da müzakirə olunur. Belə ki, jurnalist Voskan Sarkisyan hesab edir ki, rəsmi Bakının konkret tələbləri var və Paşinyan hakimiyyəti son nəticədə hər şeyi qəbul edəcək.

Sonda vurğulanıb ki, Azərbaycanın bütün tələbələrinin qəbul edilmədiyi müddətcə bölgədə davamlı sülh olmayacaq: "Paşinyan hakimiyyətinin törətdiyi hərbi təxribatlar Ermənistanın gələcək mövcudluğunu sual altına salır. Çünki ordumuzun adekvat cavab haqqı qarşı tərəf üçün arzuolunmaz vəziyyət yarada bilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Aprel 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri