Icma.az
close
up
RU
Erməni lobbisinə sızan məşhur türk aktirsa: Ankaraya hansı məlumatları ötürüb?

Erməni lobbisinə sızan məşhur türk aktirsa: Ankaraya hansı məlumatları ötürüb?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 21-də vəfat edən Türkiyənin məşhur aktrisası Filiz Akınla bağlı səsləndirilən iddialar ictimaiyyətin diqqətini çəkib. Onun və atasının Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) casusları olduğu bildirilir. 

Globalinfo.az xəbər verir ki, 2 yanvar 1943-cü ildə Ankarada dünyaya gələn Filiz Akının atası, Ağır Cinayətlər Məhkəməsinin hakimi Beki Sami Akının, həm də MİT-ə çalışdığı iddia edilir.

“Yeşilçam”ın “dörd yarpaqlı yoncasından biri” adlandırılan Filiz Akının orta təhsilini MİT-in himayəsi altında yatılı olaraq Ankarada Türkiyə Təhsil Dərnəyi adlı kollecdə tamamladığı deyilir. O, təhsil müddətində ingilis, fransız və alman dillərini yüksək səviyyədə öyrənib.

Məlumata görə, Akın kollecdən məzun olduqdan sonra xarici dil biliyi yaxşı olduğu və avropalılara bənzədiyi üçün əcnəbi bir turizm şirkətinin Ankara bürosuna tərcüməçi kimi sızdırılıb. Hətta Türkiyənin ən məşhur aktyorlarından, çərkəz əsilli, almanca, ingiliscə və rusca bilən Ediz Hunun da təşkilat tərəfindən eyni şirkətə Filiz Akınla birlikdə yerləşdirildiyi iddia olunur.

Hər iki şəxsin fəaliyyətləri müddətində ingilis, fransız və rus diplomatlarını, o cümlədən casuslarını diqqətlə izlədikləri bildirilir.

Jurnalist-yazar kimi Mahir Akkad adlı birinin imzası ilə yayılan məlumatlarda qeyd edilir ki, Ediz Hun, Norveçdə erməni və kürd kəsiminin, lobbisinin fəaliyyətlərini izləmək üçün 1976-cı ildə elm sahəsinə belə sızdırılıb. Norveç universitetlərindən birində biologiya üzrə təhsil alıb.  Hunun da atasının zamanında MİT-ə işlədiyinə dair müxtəlif fikirlər var.


Ediz Hun

O, İstanbulda Atatürk liseyindən məzun olduqdan sonra Almaniyada diş həkimliyi üzrə təhsil alıb. Hələ İstanbulda diş həkimi olaraq fəaliyyət göstərdiyi müddətdə MİT-in hərəkətə keçdiyi və onu “Səs” jurnalı vasitəsi ilə film dünyasına tanıtdığı deyilir.

Həmçinin Filiz Akının da Hunda olduğu kimi real fəaliyyətini gizlətmək məqsədi ilə gözəllik yarışmasına qatıldığı, beləliklə film dünyasına yolunun açıldığı yazılır. Beləliklə onun ümumilikdə 13 il davam edəcək aktrisalıq karyerası başlayıb. Akın 1964-cü ildə “Qadın bərbəri” filminin çəkiliş meydançasında tanış olduğu, özü kimi MİT-ə xidmət etdiyi deyilən rejissor Türker İnanoğlu ilə evlənib. Bir il sonra oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə İnanoğlundan boşanan aktrisa, 1975-ci ildə “Ataların atası” filmi ilə karyerasına fasilə verib.

Ən böyük rezonans doğuran iddialar isə onun erməni lobbisi və terrorçularının arasına sızması ilə bağlıdır. Belə ki, Akının MİT-in yönləndirməsi ilə 1982-ci ildə erməni əsilli biznesmen Bubi Rubinstein adlı şəxsi özünə aşiq etdiyi, onunla evlənərək Parisə köçdüyü deyilir. Bununla da Avropadakı yuxarı sinif diplomatların icmalarının arasına girməyi bacarıb. Məlumata görə, Akın Parisdə olduğu illər ərzində buradakı erməni icmalarının, ASALA terror təşkilatı və diasporun hərəkətlərini diqqətlə izləyib, bir-bir bütün məlumatları Ankara göndərib.

1989-cü ildə “Geçmiş Bahar Mimozaları” adlı serial ilə təkrar kamera qarşısına keçib. 1992-ci ildə ilk kitabını yazıb. 1993-cü ildə erməni biznesmendən boşanıb. Bir il sonra həmin dövrdə MİT rəsmilərindən Sönməz Köksalla ailə həyatı qurub. Hətta o zamankı Türkiyə Prezidenti Süleyman Dəmirəl və Türkiyə parlamentinin sədri cütlüyün nikah şahidləri olublar. 2002-ci ildə xərçəng xəstəsi olduğu müəyyənləşib və lakin müalicə alaraq xəstəliyə qalib gəlməyi bacarıb.


Filiz Akın

1991-ci ildə Parisdə olduğu müddətdə atası evində qətlə yetirilib. MİT məsələyə qarışıb və araşdırmaya başlayıb. Qatil qısa müddətdə tapılıb və həbs edilib. Daha sonra həbsxanada olarkən kimliyi bilinməyən bir məhkum tərəfindən öldürülüb. Bu hadisənin arxasında Akının olduğu, atasının qisasını altdığını deyənlər də var.

Aktrisanın MİT-lə əlaqələrinin olduğuna dair iddialar bundan əvvəl 2012-2013-cü illərdə gündəmə gəlib. İlk olaraq hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarından Şamil Tayyar Filiz Akının keçmişdə MİT-lə işlədiyinə dair fikirlər səsləndirib. Daha sonra türkiyəli jurnalist Dərya Kırıcının ASALA-dan bəhs edən kitabında bir türk qadın casusla bağlı məlumatlar qeyd edilib. Müəllifin təsvir etdiyi obraz tamamilə Filiz Akına uyğun olub. Beləliklə deputatın iddiası təkrar gündəmə gəlib və mətbuat bu məsələyə diqqət çəkib. Kitabda Səlma adlı bir aktrisanın MİT-lə işlədiyi, ASALA-nın çökdürülməsi üçün İstanbul, Paris, Sürix və Afinada iştirak etdiyi əməliyyatlardan bəhs olunur. Qeyd edilən bütün kriteriyalar isə oxları Filiz Akına çevirib.

Qeyd edək ki, zaman-zaman sözügedən iddialar təkrar gündəmə gəlsə də, hər hansı təsdiq, yaxud konkret inkar yayımlanmayıb. Bu istiqamətdə dəqiq mənbə, yaxud rəsmi sənəd də təqdim edilməyib. Səsləndirilən fikir və qeydlər hələ də iddia kimi gündəmdə saxlanılır.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 03:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri