Icma.az
close
up
RU
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar?

Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Sumqayıt şəhər prokurorluğunda istintaq edilən cinayət işi “Qala Meyvə-Tərəvəz İxracat İdxalat MMC” tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 51 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Abbasov İlham Məzahir oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, son vaxtlar bu kimi hadisələr Azərbaycanda gündəmi zəbt edib.

Belə ki, məhsulunu ixrac edən bəzi sahibkarlar əldə olunan pul vəsaitini ölkəyə qaytarmaq istəmir və nəticəsə bu fakta görə onların barəsində həbs qətiimkan tədbiri seçilir. 

Maraqlıdır, niyə iş adamları ixrac olunan məhsulun pulunu ölkəyə qaytarmır?   

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"a bildirib ki, burada iki haldan biri var:

“Ola bilsin ki, onlar məhsulu satıblar, ancaq satdıqları şəxs pullarını ödəmir. Belə hallar az deyil. Təəssüf ki, bizim müvafiq qurumlar bu məsələnin dərinliyinə getmir. Doğurdanda müəyyən etsinlər ki, sahibkar özü almaq istəmir, yoxsa ona ödəmirlər?

Bəzən belə hallar da olur ki, sahibkar xaricə məhsulu satır, xarici alıcıya "sən pulu Azərbaycana ödəmə, xaricdəki bank hesabına ödə" deyir.  Burada məqsəd nədir? Birincisi, vergidən yayınmaqdır. Yəni deyir ki, "pulu almamışam, vergi də vermirəm". İkincisi, pulu Azərbaycandan çıxarmaq istəyir, burada pul saxlamaq istəmir. 

Təbii ki, birinci amil, vergidən yayınmaq birbaşa cinayətdir. İkinci də bizim valyuta qanunvericiliyinin xüsusiyyətlərindən doğur. Bizdə valyuta qanunvericiliyi çox sərtdir.  Yəni xaricə pul çıxarmağa imkan vermir.

Bu nə dərəcədə doğdur, yaxud doğru deyil, bu başqa məsələdir. Ancaq bu məhdudiyyət var. Hesab edirəm ki, bu düz deyil, pul mənimdisə harada istəyərəm saxlayaram. Ölkədə elə bir şərait yaratmaq lazımdır ki, qanunvericilik, məhkəmə, icra, mülkiyyət hüququnun qorunması, bankların müflisləşməməsi, yaxud müflisləşəndə də müflisləşmənin şəffaf olmasına görə, hamı pulunu Azərbaycanda saxlamaq istəsin.

Əgər burada saxlamaq istəmirsə, demək ölkəyə etibar etmir. Hər bir halda indi belə bir məhdudiyyət var. Əlbəttə ki, bu pozuntudur və buna görə də məsuliyyətə cəlb edirlər".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri