Sahibkarların yoxlanılması daha bir il müddətinə dayandırıldı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti uzadılacaq.
Ölkə.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.Məlumat üçün bildirək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb. Bu müddət 2026-cı il yanvarın 1-də başa çatıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Fevral 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















