Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Sahibsiz Bakı... şəhəri iki günə iflic qoyan üç məmur kimdir?

Sahibsiz Bakı... şəhəri iki günə iflic qoyan üç məmur kimdir?

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Bakı fevralın 23-də ağ örpəyə deyil, yarıtmaz məmuriyyətin qaramatına bürünmüşdü. Əgər bir gün əvvəl yollara xörək duzu səpirdilərsə, bu dəfəki rəzalət ondan da betər idi: şəhərin mərkəzi belə təmizlənmirdi, ictimai nəqliyyat yox dərəcəsində, insanlar küçələrdə qalıblar, taksilər qiymət "oxuyur", avtobuslar tapılmır, hamı çovğunda yollarda əsir-yesir vəziyyətdədir, məmurlar isə xəngəl yeyib, araq içirdilər. Bunun başqa adı yoxdur. Çünki Bakı iflic olmuşdu. Və bir daha göründü ki, paytaxt qışa hazır deyil. Çünki hərtərəfli şikayətlər yağırdı: bir yandan məsələn, Kürçaylı küçəsinin sakinləri istiliksiz qaldığını bildirir, mənzillərin bumbuz olduğunu deyirdilər, bir yandan işıq, su kəsilən ərazilər, yaşayış massivləri var idi - Bakı kəndləri, Ramana və s. Habelə yollardakı fəlakət, şaxta qəzalara, təhlükələrə səbəb olmuşdu. Sanki şəhərin rəhbərliyi - Eldar Əzizov komandası, AYNA və digər cavabdeh qurumlar yerində deyildi. Bütün bunların tək səbəbi var - işləmirlər, sistem qurulmayıb, texnikalar yollara çıxarılmır. Halbuki 20 milyon əhalisi olan İstanbul, Moskva kimi şəhərlərdə sistemli iş qurulub. 3-4 milyon əhalisi olan Bakı isə iki günlük yağan qara təslim olur. Çünki həqiqətən də məmurlar yatır, heç veclərinə almır. Hərçənd, Bakının rayonu üzrə tapşırıq vermək olardı, hamı öz işini görərdi, vətəndaşlar da belə əziyyət çəkməzdilər. Amma şəhər hakimi Eldar Əzizov deyir ki, Bakı o baş - bu baş 138 kilometrdir, hər yerə də çatdırmaq olmur. Əvvəla, 139 km böyük bir rəqəm deyil. İkincisi, hər rayonun icra başçısı, kommunal təsərrüfat idarələri, bir orduya bərabər işçi qüvvəsi var. Hər kəs üzərinə düşən vəzifəni öz ərazisində yerinə yetirə bilsə, paytaxt faciəvi vəziyyətdə  olmazdı. Amma biz sosial şəbəkələrdə paylaşılan yüzlərlə videolarda nələrin şahidi olduq - avtobuslar depoya qayıdır, vətəndaşlar dayanacaqlarda dona-dona qalıblar, taksi tapılmır, olanlar da baha qiymətə. Hətta metronun "Koroğlu" stansiyası qarşısında axşam saatlarında böyük bir ajiotaj yaşanırdı. İnsanlar çöllərdə qalmışdılar və maşın tapılmırdı. Bəs, bu avtobuslar hardadır? AYNA, BNA kimi yaramaz qurumlar bu şəraitdə də normal işləmirsə, nə zaman işləyəcəklər? Bu qurumların işinin adı nədir? Dayanma-durma cərimələri yazmaq? Axı dünyanın hər yerində elə qarlı-çovğunlu havalarda qurumlar öz işini gücləndirir, ictimai nəqliyyat daha effektiv işləyir, bizdə niyə tərsinədir? Yalnız polis gücləndirilmiş iş rejimində yüksək səviyyədə fəaliyyət göstərir.

Bəs, necə olur ki, polis bu şaxtada-boranda işləyir, Bakı şefi Eldar Əzizovun texnikaları, AYNA və digər yaramaz, xalqı saymayan qurumlar işləmir?

Polisdən onların hansı hüququ artıqdır? Kəsəsi, 2 günlük qar göstərdi ki, bu qurumlar vecsizdir, onlara güvənmək olmaz. Nəticədə yollar buz bağladı, təmizlənmədi, avtoqəzalar, piyadaların vurulması, yıxılıb xəsarət alanlar oldu, avtobuslar işləmədi, hamı Allahın ümidinə qaldı. Bütün bunlar Avropa ölkələri ilə fərqimizi göstərdi - nəqliyyatın təşkilində, yolların buzdan təmizlənməsində, məsuliyyətdə, korrupsiyada, texnikaların yoxluğunda, ya da varkən gizlədilməsində...

Bunun üçün üç əsas günahkarı var - BŞİH rəhbəri, nomenklatura adamı Eldar Əzizov, AYNA sədri, Şotlandiya, Niderland şirkətlərində vaxtilə çalışmış, amma Qərb təcrübəsini deyil, Azərbaycansayağı variantı tətbiq edən Anar Rzayev və BNA rəhbəri, yeyintilər üzrə "mütəxəssis" Vüsal Kərimli... Onları tanıyın və unutmayın! 

Anaxeber.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri