Sahibsiz heyvanları toplayaraq müalicə etdirdi, klinikaya 40 min manat borcu yarandı (VİDEO)
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müalicə və müayinəyə ehtiyacı olan sahibsiz heyvanları toplayır, mütəlif baytarlıq klinikalarına apararaq müalivə etdirir.
Sahibləndirir və yaxud heyvan sığınacaqlarına təhvil verir. Bu missiyanı könüllü həyata keçirdiyini iddia edir və İnstagramda yaratdığı səhifə üzərindən yardıma ehtiyacı olan heyvanların müəlicəsi üçün ianə toplayır.
"Xəzər Xəbər"in qaynar xəttdinə müraciət edən Fəridə Əsədova deyir ki, 6 ildir sahibsiz heyvanların xilas edilməsi ilə məşğul olur. Bildirir ki, bunu heyvansevərlərdən topladığı ianələr hesabına reallaşdırır. İddiasına görə, illərdir sahibsiz heyvanları müalicə etdirdiyi "Vetlife" klinikasında haqsızlıqla üzləşib.
Fəridə Əsədova iddia edir ki, " VETLİFE" klinikasının rəhbəri heyvanlar sağaldığı halda müalicə müddətini uzadaraq ondan əlavə pul tələb edib.
Fəridə Əsədova deyir ki, şişirdilmiş rəqəmlərin araşdırlması ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edib.
"VETLİFE" klinikasının rəhbəri Ülviyyə Kılıçla əlaqə saxladıq. O, məsələ ilə bağlı hüquqşünasın münasibət bildirəcəyini dedi.
Hüquqşünas Ellada Bayramova isə "Xəzər Xəbər"ə bildirdi ki, müvəkili Ülviyyə Klıçla Fəridə Əsədova "Vetlife!"klinikasından əvvəl heyvanları Sabunçuda saxlayaraq birgə müalicə ediblər. Proses Ülviyyə Kılıça məxsus evdə aparılıb.
Ellada Byaramova əlavə edib ki, Fəridə Əsədova baytar klinikasına olan 37 min manat borcu ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət hazırlanır.
Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 Oktyabr 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















