Icma.az
close
up
RU
Şahid ifadələri ittihamları təsdiqləyir

Şahid ifadələri ittihamları təsdiqləyir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 6-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman müraciət edərək 2025-ci il 6 fevral tarixli iclasın protokolu ilə tanış olduqları zaman məhkəmə kollegiyasına etiraz etmək üçün əsaslar müəyyənləşdirdiklərini bildirib. Müdafiəçi qeyd edib ki, məhkəmə iclas protokolunda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməyib və bu, bizdə məhkəmə kollegiyasının iş üzrə obyektiv, qərəzsiz olmayacağı barədə əsaslı şübhələr doğurur. Ona görə də vəkil məhkəmə kollegiyasına etiraz edib.

Təqsirləndirilən Ruben Vardanyan etirazı müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. O, həmçinin vurğulayıb ki, müdafiə tərəfi eyni qaydadan, eyni üsuldan istifadə etməklə qeyri-müəyyən səbəbdən verdiyi etirazlarla məhkəmə prosesinin uzadılmasına nail olmaq istəyir.

Qeyd olunanlar nəzərə alınmaqla Vüsal Əliyev etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib.

Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər ifadə veriblər.

Zərərçəkmiş Mahir Hüseynov deyib ki, o, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçıları Fuad Musayev və Təranə Məmmədovanın suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, həmin vaxt erməni hərbçilər mövqelərimizi mütəmadi olaraq atəşə tutub, eyni zamanda, ərazilərimizi minalayıb. Ermənistanın Azərbaycana qarşı mina terroru davam edib. Bəzən həmin minalar təminat yollarında aşkarlanıb.

Digər zərərçəkmiş şəxs Mədət Rzayev Laçın rayonunda xidməti fəaliyyətini icra edən zaman ağır xəsarət aldığını diqqətə çatdırıb. “Biz yüksəkliyin arxasında olduğumuz üçün onları tam görə bilmirdik. Amma onlar ağır artilleriyadan istifadə edərək bizim təminat yollarımızı vururdular”, - deyə o əlavə edib.

Zərərçəkmiş Mehman Həsənov Ağdamın Mollalar kəndində yaralandığını bildirib. O, ifadəsində qeyd edib ki, həmin gün kənd ərazisində yol inşasının həyata keçirilməsi məqsədilə qazıntı və quruculuq işləri ilə məşğul imiş. Bu zaman atəş səsləri eşidib. Təxminən 80 metr aralıya düşmüş mərmi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər alıb. Ətrafda olan insanların köməyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Zərərçəkmiş Seymur Qarayev deyib ki, Ağdamın Papravənd kəndi istiqamətindən Ağdərə rayonunun Canyataq kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin onun yaxınlığına düşərək partlaması nəticəsində kəllə-beyin travması alıb.

Zərərçəkmiş Sadiq Baxiyev ifadəsində Ermənistan hərbçilərinin növbəti təxribatı nəticəsində ağır xəsarət aldığını bildirib. Həmin hadisə nəticəsində onunla birlikdə olan hərbçi yoldaşları şəhid olub və ya yaralanıb. O deyib ki, özü düşmənin snayperlə açdığı atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş şəxs qismində tanınan Cəsarət Həsənzadə ifadəsində diqqətə çatdırıb ki, Ağdərə rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış “FAQOT” tipli tankəleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və yanındakı xidmət yoldaşı - gizir Akif Koroğluyev xəsarətlər alıblar.

“Yaralandığım vaxt və həmin ərazidə, həmçinin digər xidmət yoldaşlarım - əsgərlər Hüseyn Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, qrup komandiri Füzuli Məmmədov isə şəhid olub”, - deyə o əlavə edib.

Zərərçəkmiş Həsən Quliyev qeyd edib ki, Ağdamın Sırxavənd kəndi istiqamətində yaralanıb. O, kəllə-beyin travması və ayağından xəsarət alıb.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri