Sahil Babayev: "1 qəpik sığorta ödəməyibsə, pensiya sistemə girə bilməz"
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sosial cəhətdən az pensiya alan şəxslərimizin minimum pensiyasını artırmaqla onların ödənişlərini ciddi şəkildə artırırıq. Təxminən 300 min aşağı gəlirli pensiyaçımıza sırf sosial sığorta üzərində pensiya ödəsəydik, onlar 110 manatdan yuxarı pensiya almayacaqdılar. Amma onlara minimum pensiya olaraq 280 manat ödənilir, növbəti ildə artım olacaq".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, çox böyük sosial sığorta stajı amnistiyası qəbul edilib:
"Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik. Bu gün pensiya kapitalının artımı heç kimin yolunu kəsmir. İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişi olan adam pensiya sisteminə daxil olur. Vətəndaş heç bir zaman işləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə girməsinə icazə vermək olmaz".
Bu mövzuda digər xəbərlər:Sahil Babayev: 1 qəpik sığorta ödəməyibsə, pensiya sisteminə girə bilməz
21 Noyabr 2024 14:33
"Johnson&Johnson" uşaq pudrasından ölən qadın məhkəməni uddu MİLYARDLIQ TƏZMİNAT
08 Oktyabr 2025 15:11
S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
07 Dekabr 2024 09:51
Manatın dollara qarşı məzənnəsi… “S&P”
07 Dekabr 2024 17:33
“S&P” COP29un maliyyə uğurunu alqışlayır
18 Dekabr 2024 00:37
Baxış sayı:87
Bu xəbər 21 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















