Icma.az
close
up
RU
Sahil Babayevin depozit siyasəti: Dövlət qazanır, bəs banklar və vətəndaş?

Sahil Babayevin depozit siyasəti: Dövlət qazanır, bəs banklar və vətəndaş?

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib. Vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığıı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Nazirlik 2 həftə öncə 1,0 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi.

Bəs görəsən, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

İqtisadçı-ekspert Elman Sadıqov Bakupost.az -a bildirib ki, Maliyyə Nazirliyinin büdcə vəsaitlərindən daha səmərəli istifadə etməsi, büdcə defisitinin örtülməsi və borclanma arasındakı pozulmuş zaman sinxronizasiyasını aradan qaldırmaq istiqamətində atdığı addımlar ikiqat təsirə malikdir. Lüzumsuz faiz ödənişləri faiz qazancları ilə əvəz olunur ki, bu da səmərəliliyi artıran addımlardan biridir:


“Əslində Maliyyə Nazirliyi bu addımı ilə təkcə səmərəliliyin artırılmasını həyata keçirmir, həm də fiskal siyasətin tərkib hissələrindən biri olan inflyasiyaya təsir mexanizmlərini işə salır. Yeri gəlmişkən, bildiyimiz kimi, inflyasiya kimi məşğulluğun da təminində və ya azalmasında fiskal siyasətin rolu var. Faktiki olaraq bu dəfə fiskal siyasət monetar siyasətlə sinxron hərəkətetmə istiqaməti götürdü. Bu, hələ başlanğıcdır. Düşünürəm ki, növbəti addımlarda bir çox digər şərtlər və məsələlər bir-birini tamamlaya biləcək”.

İqtisadçının sözlərinə görə, Maliyyə Nazirliyi burada əslində büdcə vəsaitlərinin idarəedicisi kimi çox məsuliyyətli bir müştəri rolunu oynayır və oynamalıdır. Büdcənin minimum risklə optimal gəlir əldə etməsi, faizlərə, dolayısı ilə inflyasiyaya təsir edilməsi yaxşı haldır. Buna görə də Maliyyə Nazirliyinə bank seçimində hər hansı müdaxilə riskləri artırar, onun məsuliyyətini və ayıq-sayıqlığını azaldar. Həm də, Maliyyə Nazirliyi bank sektorunda ayrı-ayrı bankların dayanıqlığı, prudensial tələblər və ya ayrı-ayrı bankların böyüyüb-böyüməməsindən daha çox büdcə vəsaitləri üzrə öz məsuliyyətini düşünməlidir. Ayrı-ayrı bankların qayğıları, inkişaf sürətləri və sair məsələlər Mərkəzi Bankın mandatına daxildir.

İqtisadı ekspert Natiq Cəfərli qeyd edib ki, Maliyyə Nazirliyinin bu addımı ciddi müzakirələrə səbəb oldu:


"Rəsmi açıqlama bundan ibarət idi ki, büdcədən ayrılan vəsaitlər heç də həmişə eyni anda dağıdılmır. Yəni milli depozit hesabında vəsait qalır ki, sonrakı layihələrdə onu əlaqədar dövlət və hökumət orqanlarına köçürürlər. İndi belə qərara gəlinib ki,həmin vasit banklara yerləşdirilsin və müəyyən faiz əldə edilsin. Bu, əslində yenilikdir, banklarda likvidliyi artırmaqdır. Həmçinin Maliyyə Nazirliyi hər dəfə belə yerləşdirmələr edəndə təqribən 30-35 milyon manat əlavə vəsait qazanır. Bu da gələcək layihələrdə istifadə etmək üçün xərclənə bilər. Bu nöqteyi-nəzərdən maraqlı və yeni bir yanaşmadır. Görək davamı olacaq, yoxsa yox”.

Millət vəkili Vüqar Bayramov deyib ki, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib. Belə ki, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək. Çünki depozit gəlirlərində 7.04 faizədək azalma var:


“Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır. İkinci mühüm məqam bankların sayı ilə bağlıdır. Bu dəfə bankların sayı 4-dən 5-ə çatıb. Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrekyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər”.

V.Bayramovun sözlərinə görə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” kimi qruplaşdırılmır: “Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur. Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq, “böyüklük ilə az risklilik” arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir. Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: bu fiskal məqsəd olmasa da belə".

Millət vəkilinin sözlərinə görə, son depozitlər göstərir ki, büdcə vəsaitlərinin istifadəsi ilə bağlı yeni yanaşma nümayiş etdirilir:

"Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır”.

Millət vəkili Azər Badamov qeyd edib ki, dövlətin istifadə olunmayan vəsaitlərini qısa müddətlik depozit kimi yerləşdirməsi büdcəyə əlavə gəlir qazandırmaqla yanaşı, maliyyə nizam-intizamının artırılması istiqamətində müsbət addımdır. Hazırda əmanətlərin orta illik faiz dərəcəsi 12 faizə yaxın olsa da, qısamüddətli - xüsusilə 3 aylıq depozitlər üzrə bu rəqəm 7-9 faiz arasında dəyişir. Bu baxımdan, büdcənin 1 milyard manat vəsaiti üzrə belə faiz gəliri nəzərəçarpacaq bir məbləğ təşkil edə bilər:


“Bu vəsaitlərin banklara yerləşdirilməsi həmin maliyyə institutlarının likvidliyini artıracaq. Nəticədə banklar daha aşağı faizlə resurs əldə etdiklərindən, bu vəsaitlər hesabına kredit faizlərini də aşağı sala bilərlər. Bu isə hazırda yüksək kredit faizlərindən əziyyət çəkən vətəndaşlar və biznes üçün rahatlaşdırıcı amil ola bilər. Nəzəri olaraq, 7-8 faizlə depozit cəlb edən bankın bu resursu maksimum 10 faizlə kreditə çevirməsi gözlənilə bilər”.

Sevinc,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Aprel 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri