Icma.az
close
up
RU
Şahin Diniyev: 30 ildir püşkdən sonra xalları hesablayırıq İdman və Biz

Şahin Diniyev: 30 ildir püşkdən sonra xalları hesablayırıq İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"30 ildir ki, Azərbaycan futbolunun azarkeşlərinin və mütəxəssislərinin dəyişməyən bir xasiyyəti var. Seçmə mərhələlərin püşkündən sonra rəqib komandaların gücünü və qazana biləcəyimiz xalları hesablayırıq".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev yığmamızın 2026-cı il dünya çempionatının seçmə mərhələsində üz-üzə gələcəyi rəqibləri dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis indiki vəziyyətdə proqnoz verməyin mənasız olduğunu söyləyib: "Bu gün uyğun qrup olması üçün yığma özü uyğun yerdə olmalıdır. Üstəlik, komandanın qarşısına qrupdan çıxmaq məqsədi qoyulmayıb ki, rəqiblərin uyğun olub-olmadığını müzakirə edək. Püşkdən əvvəl ən azı üçüncü səbətdə yer almalı idik ki, bizdən sonra gələn rəqiblər nisbətən zəif olsunlar. Yaxud beş komandalı qrupa düşsəydik, bəlkə şansımız nisbətən çox olardı. Beşinci səbətdən ən azı Andorra, Cəbəllütariq və ya San Marino kimi yığmalar gələrdi".

Ş Diniyev qrupda əsas mübarizənin Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya seçmələri arasında gedəcəyini bildirib: "Azərbaycan millisi yeni baş məşqçisi Fernandu Santuşun rəhbərliyi altında nəyisə dəyişməyə çalışacaq. Hansı yeniliklər olacağını seçmə mərhələ göstərəcək. 30 ildir ki, Azərbaycan futbolunun azarkeşlərinin və mütəxəssislərinin dəyişməyən bir xasiyyəti var. Seçmə mərhələlərin püşkündən sonra rəqiblərin gücünü və qazana biləcəyimiz xalları hesablayırıq. Bu, bizim yığma üçün tezdir. Biz çıxış yolları tapmalı, yığmanı hansı formada inkişaf etdirməyi düşünməliyik".

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Azərbaycan millisi mübarizəyə gələn il sentyabrın 5-də start verəcək. Komandanın ilk sınağı səfərdə İslandiyaya qarşı olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see489

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see183

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri