Icma.az
close
up
RU
Bakı Vatikanla əlaqələri gücləndirir Avronyus

Bakı Vatikanla əlaqələri gücləndirir Avronyus

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

"Avronyus" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı reportaj hazırlayıb.

Axar.az xəbər verir ki, "Azərbaycan Müqəddəs Taxt-tacda aparılan bərpa işləri ilə Vatikanla əlaqələri gücləndirir" sərlövhəli materialda Mehriban Əliyevanın səfərinin Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin inkişafında mühüm addım olduğu qeyd edilir.

Vurğulanır ki, Vatikan rəsmiləri Azərbaycanın dünya irsinin qorunub saxlanmasında və dinlərarası dialoqun gücləndirilməsindəki rolunu yüksək qiymətləndiriblər. Eyni zamanda Azərbaycan Vatikandakı tarixi katakombaların bərpasına, həmçinin Bakıda yeni katolik kilsəsinin tikintisinə dəstək verir.

Materialda bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti IV əsrə aid qədim xristian kompleksi olan Komodilla katakombalarının bərpası layihəsinin açılışında iştirak edib. Restavrasiya 2021-ci il martın 4-də Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə imzalanmış müqaviləyə əsasən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

18-ci əsrdə aşkar edilmiş və arxeoloqlar tərəfindən ilk dəfə 1900-cü ildə araşdırılmış katakombalarda ən qədim xristian artefaktlarından bəziləri var və ənənəvi olaraq erkən xristian şəhidləri Feliks və Adauktusun dəfn yeri hesab olunur. Orta əsrlərdə onlar möminlər üçün vacib ziyarət yeri idilər. Kövrək freskaların qorunması və yeraltı divarların möhkəmləndirilməsi üçün lazer və nanotexnologiya üsulları ilə bərpa işləri aparılıb.

"Avronyus" qeyd edir ki, səfər zamanı Mehriban Əliyeva Papa XIV Leo ilə görüşüb və o, Azərbaycanla dinlərarası dialoqun vacibliyini vurğulayıb. Həmçinin Vatikan dövlətinin Baş katibi Raffaella Petrini ilə də görüş keçirilib. Dostluq və ortaq mədəni irs əlaməti olaraq simvolik nar ağacı əkilib.

Vatikan Apostol Kitabxanasında Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə qorunub saxlanılan nadir Azərbaycan əlyazmaları ilə tanış olub. Birgə layihələr regionun çoxəsrlik mətnlərinin və xəritələrinin rəqəmsallaşdırılmasına və qorunmasına imkan yaradıb.

Bundan başqa, Birinci vitse-prezident Avropanın ən böyük uşaq tədqiqat mərkəzi olan "Bambino Gesù" xəstəxanasında olub, burada azərbaycanlı həkimlərə genetik və nadir xəstəliklərin tədqiqi üzrə italiyalı həmkarları ilə əməkdaşlıq etməyə imkan verəcək yeni əməkdaşlıq sazişi imzalanıb.

"Romadan kənarda, Bakıda Müqəddəs II İohann Pavelə həsr olunmuş yeni katolik kilsəsinin tikintisi davam edir. Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaher 2024-cü ilin dekabrında tikinti yerinə xeyir-dua verib və yeni kilsənin təməl daşını qoyub. Azərbaycanla Müqəddəs Taxt-tac arasında əməkdaşlıq qədim katakombalardan müasir tikinti meydançalarına qədər bir çox istiqaməti - mədəni mübadilə, elmi əməkdaşlıq və qarşılıqlı hörməti özündə ehtiva edir", - süjetdə qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Oktyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri