Icma.az
close
up
RU
Kofe ilə su içmək niyə vacibdir?

Kofe ilə su içmək niyə vacibdir?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Son illərdə dünya miqyasında geniş yayılmış kofe istehlakı sağlamlığa təsiri baxımından tez-tez müzakirə olunur. Bəzi tədqiqatlar onun faydalarını önə çıxararkən, digərləri isə həddindən artıq istifadəsinin təhlükələrinə diqqət çəkir.

Endokrinoloq həkim Lamiyə Nəbibəyli Metbuat.az-a açıqlamasında gündəlik kofein qəbulunun nə qədər təhlükəsiz olduğundan danışıb.

Həkimin sözlərinə görə, gün ərzində qəbul edilən kofein miqdarı 500 mq-ı keçməməlidir:

"Bu isə təxminən gündə 3-4 fincan kofeyə bərabərdir. Həkim qeyd edir ki, bu miqdarda kofe içmək orqanizm üçün yalnız zərərsiz deyil, hətta müəyyən faydalar da gətirə bilər: qaraciyər funksiyalarını dəstəkləyir, yoğun bağırsaq xərçənginin yaranma riskini azaldır, Parkinson xəstəliyinin qarşısını almağa kömək edir və hüceyrə DNT-sini gücləndirir".

L.Nəbibəyli bildirib ki, normadan artıq kofein istifadəsi orqanizmdə asılılıq yarada bilər:
"Həddindən artıq doza, xüsusilə 5-10 qat artım bəzi hallarda həyati təhlükə yarada bilər. Axşam saatlarında kofe içmək yuxu rejimini pozur, bu da keyfiyyətsiz və səthi yuxuya səbəb olur. Əgər insan daim kofe içmək istəyirsə, bu artıq kofeinə bağlılığın əlamətidir. Mədə problemləri, məsələn, qastrit, xora və ya refluks xəstəlikləri olan şəxslər kofeni xüsusilə acqarına qəbul etdikdə, mədə turşusunun artmasına və narahatlıqlara səbəb ola bilər".

Həkim əlavə edir ki, kofe ilə birlikdə su içmək daha faydalıdır:

"Bu həm kofeinin bədəndə yığılmasının qarşısını alır, həm də içindəki oksalatların sidik vasitəsilə atılmasına kömək edərək böyrək daşlarının yaranma riskini azaldır. Eyni zamanda kofe qəbulunun yeməkdən 1,5–2 saat sonra olması tövsiyə olunur, çünki yeməkdən əvvəl içildikdə kofe qidadakı dəmirin sorulmasını azalda bilər. Həddindən artıq kofein qəbulu isə ürək-damar sisteminə təsir edir – ürək döyüntüsünü artırır, təzyiqi yüksəldə bilər və çarpıntıya səbəb ola bilər. Bununla belə, kofenin faydalı tərəfləri də mövcuddur ki, metabolizmanı sürətləndirir və II tip diabet riskini azaldır".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Oktyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see284

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see266

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see264

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see258

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see251

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see239

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see229

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see228

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see228

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see227

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see225

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see220

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see214

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see212

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see211

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see208

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see202

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see194

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see181

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri