Şahin Diniyev: “Vikinq” təzyiqlə “Sabah”ı səhvlərə məcbur etdi”
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Fikrimcə, "Vikinq" layiqli qələbə qazandı. Norveç təmsilçisi bütün meyarlarda "Sabah"ı üstələdi və meydanda dominant futbol sərgilədi". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Meydan sahibləri 90 dəqiqə rəqibə ciddi təzyiq göstərdi, oyuna nəzarət etdi və hücumlarda daha təhlükəli göründü. "Vikinq"in davamlı təzyiqi "Sabah"ın müdafiə xəttində problemlər yaratdı. Və bunun da nəticəsində müdafiəçilər səhvlərə yol verdilər, arxa xətdə boşluqlar yarandı. Norveçlilər əldə etdikləri şanslardan maksimum yararlandılar. Qarşıda komandanı daha 4 matç gözləyir. İnanıram ki, "Sabah" bu məğlubiyyətdən dərs çıxararaq daha yaxşı oyun nümayiş etdirməyə çalışacaq".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Noyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















