Icma.az
close
up
RU
Şahin İsrafilov və dostlarının Qubadakı “sərgüzəştləri” sakinləri CANA YIĞIB ŞİKAYƏT Yeni Çağ Media

Şahin İsrafilov və dostlarının Qubadakı “sərgüzəştləri” sakinləri CANA YIĞIB ŞİKAYƏT Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

Bir qrup Quba rayon sakini tərəfindən “Yeni Çağ” Media Qrupunun redaksiyasına şikayət məktubu daxil olub.

Sakinlər bildirirlər ki, haqqında bəhs etdikləri Şahin İsrafilov Xaçmazda Əhalinin Sosial Müdafiə İdarəsinin rəisi vəzifəsində işləyərkən sosial yardımlarla bağlı dəfələrlə şikayət və bu yardımların ünvanına çatmamasında onun dırnaqarası “xüsusi əməyi” olub. Vətəndaşlar bu şəxsin onların problemlərini həll etmədiyini də deyirlər.

Qeyd olunur ki, Ş. İsrafilovun audit yoxlamasından sonra Xaçmaz məktəblərini kütləvi halda əhatə edən pul toplama marafonları təşkil etdiyi ortaya çıxıb, amma proses yenə davam edib. Yoxlama zamanı ciddi maliyyə nöqsanları aşkar edildiyi üçün məktəblər dövlət büdcəsindən ayrılan vəsaitləri aidiyyəti üzrə sərf etmədiklərinə görə “cəzalandırılır”.

Məktubda həmçinin deyilir ki, Ş. İsrafilovun birbaşa rəhbərliyi və iştirakı ilə məktəblərdən “istehsal müəssisəsi” kimi istifadə olunub, tamamilə əsassız və qanunsuz olaraq məktəblərdən pul yığılıb:

“Hətta Xaçmaz müəllimlərindən “şəhid ailələrinə yardım” adıyla pul yığılması ilə bağlı şikayətlər də olub. Şahin İsrafilovun təlimatı əsasında ərizə formaları hazırlanıb və müəllimlərə paylanıb. 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Şahin İsrafilova ünvanlanan həmin ərizələrdə hər müəllim guya “xahiş” edib ki, müəllim və digər işçilərin maaşlarından 1 faiz tutulsun”.

Məlumatda bildirilir ki, Şahin İsrafilov 2024-cü ilin aprel ayından etibarən Quba rayon İcra Hakimiyyətinin müavini vəzifəsinə gətirilib. Təyinat baş tutan gündən etibarən isə rayon ərazisindəki bir sıra tikintilərin sökülməsi prosesinə başlanılıb. Tikintilərin arasında əlil və qazilərə aid yaşayış evləri, digər bina və tikintilər də var.

Qeyd edək ki, redaksiyamıza şikayət ünvanlayan Quba sakinlərini narazı salan digər məsələ isə qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədardır.

Onların sözlərinə görə, hazırda Quba rayon icra hakiminin müavini Şahin İsrafilovun birbaşa himayədarlığı ilə Allahverdi Xudaverdiyevin Quba bələdiyyəsinə sədr gətirilməsinə hazırlıq görülür:

Allahverdi Xudaverdiyev Qubada uzun müddət rayon torpaq şöbəsinin müdiri vəzifəsində işləmiş, fəaliyyət göstərdiyi müddət ərzində rayonda aparılan torpaq islahatlarına bilavasitə rəhbərlik edərək torpaq sənədlərinin hazırlanmasında birbaşa iştirak etmiş, öz imzası və möhürü ilə təsdiqlədiyi Torpaq mülkiyyət hüququna dair Dövlət Aktları, Torpaq alqı-satqısına dair Aktlar, Dövlət Aktı Kadastr planları və bu qəbildən olan şəhadətnamələr və digər hüquqi sənədlərin əksər hissəsi onun bəzi əməllərinin nəticəsi olaraq elektron baza xəritəsində yerləşdirilməmişdir. Hazırda yüzlərlə vətəndaş Allahverdi Xudaverdiyev tərəfindən saxta yollarla verilmiş Dövlət Aktlarını qanuniləşdirə bilmir. Belə ki, vətəndaşlar Dövlət Aktları kadastrı planlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydiyyata daxil etmək istədikdə, onlara verilən həmin sənədlərin əslinin olmadığı bildirilir ki, bu da rayon sakinlərinin bir qisminin hələ də çıxarış ala bilməməsinə və haqlı narazılıqlara gətirib çıxarır”.

Sakinlər deyirlər ki, bu gün rayonda 20 ildən çoxdur ki, əllərində dövlət aktı olmasına baxmayaraq, haqları olan pay torpaqlarına sahib ola bilməyən xeyli sayda insan var və bu insanlar A. Xudaverdiyevi günahlandırır, hər bir ailəyə onun imzası və möhürü ilə təsdiq edimiş torpaq aktı adında quru kağız parçası təqdim olunsa da, faktiki, torpaq sahəsi verilmədiyinə görə ali dövlət qurumlarından yardım istəyirlər:

“Torpaq islahatları zamanı kütləvi səhlənkarlığa yol verən Allahverdi Xudaverdiyev İcra Hakimiyyətində birinci müavin işlədiyi dövrlərdə də öz səhlənkar və saxtakar əməllərindən geniş şəkildə istifadə edir. O, İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hikmət Yasinovla birlikdə köhnə tarixlərlə saxta sərəncamlar hazırlayıb külli miqdarda pul əldə ediblər. Hikmət Yasinov rayonda nüfuz sahibi deyil, adı yaxşı işlərdə hallanmır. Atası Qüdrət Yasinov rayon mədəniyyət idarəsinin müdiri işləyərkən külli miqdarda dövlət vəsaitini mənimsədiyi üçün 3 il müddətinə həbs olunub”.

Şikayətçilər onu da söyləyiblər ki, A. Xudaverdiyevin yaxın dostu, 2005-2010-cu illərdə Quba bələdiyyəsinin sədri işləmiş İlqar Xəlilovun da adı bəzi pis işlərdə adı hallandırılır:

“Təkcə Quba rayonunda deyil, ətraf rayonlarda da bu iki “dostu” tam başqa həyat yaşayan şəxslər kimi tanıyırlar. İlkin Xəlilov bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyə torpaqlarını satıb talamış, yaşadığı binanın arxitekturasını dəyişərək yanında əlavə bina, ətrafında ticarət obyekti, şəhərin Maksim Qorki küçəsində isə təmtəraqlı ev tikmişdir. “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsinə gətirilən Allahverdi Xudaverdiyev də öz növbəsində o qədər də nüfuz sahibi olmayan, cəmiyyətdə adları başqa işlərdə hallanan İlqar Xəlilovu və Hikmət Yasinov kimi köhnə dostlarını başına toplayıb”.

Bundan əlavə, onlar qeyd ediblər ki, bu günlərdə A. Xudaverdiyevin RİH-nin müavini Şahin İsrafilovun birbaşa himayədarlığı və E. Əliyevin bazardan və restoranlarından əldə etdiyi və vergidən gizlədilən pullarıyla Quba bələdiyyəsinin sədri vəzifəsinə gətirilməsi üzərində işlər gedir. Sakinlər açıqlayıblar ki, E. Əliyev həbsdən çıxandan sonra Quba bazarına rəhbərlik etməsi ilə yanaşı, yolunda yerləşən “Aynur” adlı restoranlar şəbəkəsini dövlət meşə fondunun on hektarlarla ərazisini zəbt edərək genişləndirmiş, yeni obyektlər kompleksi yaratmış, meşənin ucqar yerlərini də zəbt etmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri