Icma.az
close
up
RU
Ermənistanın Aİ SƏRGÜZƏŞTLƏRİ: “Rusiyanı qıcıqlandırmaq istəyir” Yeni Çağ Media

Ermənistanın Aİ SƏRGÜZƏŞTLƏRİ: “Rusiyanı qıcıqlandırmaq istəyir” Yeni Çağ Media

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanın Avropa İttifaqına (Aİ) qəbulu prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləməsi birbaşa Rusiyaya ünvanlanmış açıq mesajdır və onu qıcıqlandırmaq xarakteri daşıyır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

Analitik Ermənistan parlamentinin ölkənin Aİ-yə qəbulu prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləməsinin arxasında yatan siyasi motivləri şərh edib.

N. Uotsona görə, Baş nazir Paşinyanın əldə edə biləcəyi hər hansı bir populyarlıq, onun anti-Rusiya mövqeyi ilə əlaqəlidir:

“Bəzi ermənilər bunu nəhayət ölkəsi üçün həqiqi müstəqillik qazanmaq kimi qəbul edirlər. Lakin Paşinyan narahatdır. O bilir ki, Moskva onun yerində daha çox rusmeylli bir lideri görmək istərdi. Bununla yanaşı, əhalisinin və diasporunun əhəmiyyətli bir hissəsi də bu mövqedədir. Bu, müəyyən dərəcədə Gürcüstanda artıq baş vermişdir”.

Mütəxəssis əmindir ki, Paşinyanın həm şəxsi təhlükəsizliyə, həm də yaratmağa çalışdığı yeni Ermənistanın qorunmasına ehtiyacı var:

“O, Fransa ilə uzunmüddətli əlaqələrdən faydalanır və bunu Ermənistanın Avropa İttifaqına üzvlüyünü irəlilətmək üçün bir vasitə kimi istifadə edir. Üstəlik, Aİ, təbii sərvətlərlə zəngin olan Cənubi Qafqazda bir peyk dövlətə sahib olmaq fikrini cəlbedici tapa bilər. Bu, həm də Rusiyaya daha da genişlənmə cəhdlərini dayandırmaq üçün bir işarə rolunu oynaya bilər. Xüsusilə də, Rusiyanın Avropa və Uzaq Şərqdə müttəfiqlər qazandığı, Ukraynada müəyyən bir dərəcədə qələbə əldə edə biləcəyi bir zamanda”.

“Mənim bildiyimə görə, Avropa İttifaqından bu qanun layihəsinə rəsmi bir cavab verilməyib. Lakin Ermənistanın quruma yönəlik ambisiyaları yeni bir xəbər deyil. Fikrimcə, Aİ-nin müəyyən bir seqmenti bunu alqışlayacaq, lakin Şərqi və Mərkəzi Avropa üzvlərinin bir çoxu Rusiyanı daha çox qıcıqlandırmaqdan ehtiyat edə bilər. Əgər bu proses irəliləyərsə, Ermənistan iqtisadiyyatını Rusiyadan ayırmaq çətin bir proses olacaq. Bununla belə, dünya yeni qüvvələr nisbətinə uyğunlaşdıqca, heç nə mümkünsüz deyil”.

Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri