Şahin Şıxlinski təkadamlıq kameraya yerləşdirilib
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Kameranın təxminən 6 kvadratmetr sahəsi var, içərisində çarpayı, unitaz, masa və rəf mövcuddur
Ural bölgəsində Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski Rusiyada cinayət işi çərçivəsində həbs olunaraq Yekaterinburq şəhərində yerləşən 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. AYNA.AZ xəbər verir ki, bu barədə "Ura.ru" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Kameranın təxminən 6 kvadratmetr sahəsi var, içərisində çarpayı, unitaz, masa və rəf mövcuddur. Şıxlinski yaxınlarından sovqat və kitab almaq hüququna malikdir.
Hüquq müdafiəçisi Aleksey Sokolovun fikrincə, bu qərar onun təhlükəsizliyi ilə bağlı qəbul olunmuş ola bilər.
Şıxlinski avqustun 2-də Moskvada hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Onun barəsində qətl cəhdində və xüsusi təyinatlı əməkdaşa qarşı zorakılıqla bağlı ittiham irəli sürülüb.
Şıxlinski ittihamları rədd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 07 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















