Şahin Şıxlinski və oğluna 32 il həbs cəzası verildi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Kirov Rayon Məhkəməsi Uralsdakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və oğlu Mütvalanı dövlət məmuruna qarşı zorakılıq etməkdə təqsirli bilib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, əvvəllər qətllərin təşkilində təqsirli bilinən böyük Şahin Şıxlinski ümumilikdə 24 il həbs cəzasına məhkum olunub. Oğlu isə ümumi rejimli cəzaçəkmə koloniyasında səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Hər ikisinin təqsirli bilindiyi hadisə 1 iyul 2025-ci ildə Yekaterinburqdakı "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında baş verib. Şahin Şıxlinskinin həbsi zamanı "Mercedes" sürən Mütvala geri çəkilərək təhlükəsizlik işçisini vurub. O, bunu qəsdən etmədiyini - sadəcə xüsusi təyinatlı qüvvələrin zabitini görmədiyini etiraf edib. Daha sonra hadisədən peşman olduğunu bildirib.
Ata və oğula qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi - dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə ilə iş açılıb. Mütvala əvvəlcə sərbəst buraxılıb, lakin bir neçə gün sonra saxlanılıb. O vaxtdan bəri o, məhkəməyəqədər həbsdə saxlanılırdı.
Ağarza Elçinoğlu
Baxış sayı:183
Bu xəbər 13 Aprel 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















