Şahmat üzrə ölkə çempionatında 1/4 final mərhələsi başlayıb
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib. Sport24.az xəbər verir ki, bu raundda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəyə qalib gəlib.
Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub.
Bu gün1/4 final mərhələsinin ikinci partiyaları oynanılacaq.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 Fevral 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















