Icma.az
close
up
RU
Şahmatın mistikasına baxış: strateji oyun, yoxsa astroloji xəritə?

Şahmatın mistikasına baxış: strateji oyun, yoxsa astroloji xəritə?

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Tarixdə şahmat taxtası üzərindəki mistik riyazi hesablamalarla gələcəkdə baş verəcək hadisələri görməyin və hətta ona təsir etməyin mümkün olduğunu iddia edənlər olmuşdur.

Hətta X əsrdə yaşamış məşhur ərəb tarixçisi Əl-Məsudinin fikrincə, şahmat taxtasındakı xanalar, kainatda gedən proseslərin bir simvolu idi. Bu kontekst hind astroloji sistemində də mühüm yer tuturdu, çünki qədim hind alimləri kainatın və insanın taleyinin müəyyən riyazi qanunauyğunluqlara tabe olduğunu düşünürdülər. Təsadüfi deyil ki, ərəb tarixçisi Əl-Məsudi məlu-mat vermişdir ki, “hindlilər şahmat taxtası üzərindəki xanalar vasitəsilə zamanın və çağların hərəkətini, planeti idarə edən təsirləri, şahmat ilə insan ruhu arasındakı əlaqələri açıqlamışlar”.

Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib.

“Ərəblər isə bu oyunu öyrəndikdən sonra onu intellektual fəaliyyətə çevirmişdir, lakin bəzi sufi cərəyanlarında şahmatın fal açmaq üçün istifadəsinə dair qeydlər vardır. Məhz bu cərəyanlara aid bəzi sufilər şahmat fiqurlarının hərəkətlərini müqəddəs numerologiya ilə əlaqələndirmiş və müxtəlif gələcək proqnozları vermək üçün istifadə etmişlər.

Orta əsr Avropasında da şahmatın falçılıq üçün istifadə edildiyinə dair qeydlər var. Xüsusilə, bəzi orta əsr ruhaniləri şahmatı “həyatın güzgüsü” adlandırırdı. Bu oyun vasitəsilə hökmdarlar müəyyən addımların siyasi nəticələrini anlamağa çalışırdılar.

Bəzi rituallar aşağıdakı kimi idi:

Şahmat lövhəsində müəyyən fiqurların yerləşdirilməsi ilə tale proqnozları aparılırdı.

Fiqurların yerlərinin dəyişməsi astroloji təsirlərlə müqayisə edilirdi.

Müəyyən kombinasiyalar şahmatçının gələcək uğurunu və ya uğursuzluğunu göstərirdi.

Şahmat oyunundan falçılıq və gələcəyi öncədən görmək məqsədilə istifadə olunmasına dair maraqlı faktlara Azərbaycan tarixində də rast gəlmək mümkündür. Görkəmli Azərbaycan nasiri, şairi və dramaturqu Məmməd Səid Ordubadinin qeyd edir ki, orta əsrlərdə şahmat oyunundan “bəxti yoxlamaq”, “fal açmaq” üçün istifadə olunmuşdur. Belə ki, o, “Qılınc və qələm” romanında yazır: “Atabəy Məhəmməd Hüsaməddinin qələbə qazanıb-qazanmadığına fal açmaq üçün şahmat taxtasına yanaşıb Qızıl Arslana “gəl otur, bir əl şahmat oynayaq” dedikdə Qızıl Arslan oturdu. Heç bir söz demədən şahmat cəbhəsini bölüşdürməyə başladılar, piyadalar, atlılar və şahlar iki tərəfə ayrıldı. Atabəy oyuna başlar-başlamaz atları irəli sürməyə çalışırdı. Qızıl Arslan Atabəyin nə etmək istədiyini anlayır və onun irəli sürdüyü atının Hüsaməddinlə bərabər Gəncə üzərinə gedən atlı ordudan ibarət olduğunu başa düşürdü.

Qızıl Arslan düşünə-düşünə oynayırdı. O, qarşı-qarşıya duran atlıları müqayisə edirdi. Fəxrəddinin Hüsaməddinə qələbə çala biləcəyinə heç də şübhə etmirdi. Buna görə də o, Fəxrəddn deyə fəal vurduğu atı irəli sürürdü. Oyun çox da uzun çəkmədi. Hökmdarın əmri ilə irəli yürüyən atlı şahmat taxtasının üstündə görünmürdü. Şah mat olunca Atabəy bir ah çəkib şahmat taxtasının yanından qalxdı, yenə də Qızıl Arslan eyvanı dolaşmağa başladı. Qızıl Arslan qəlbində müvəffəq olduğu faldan sevinirdi”.

Qeyd edək ki, orta əsrlər dövründə şahmatdan “fal açmaq” məqsədilə istifadə olunması barədə M.S.Ordubadinin irəli sürdüyü bu mülahizəni M.Vodbolski də təsdiq edib sözügedən məsələ haqqında maraqlı məlumatlar vermişdir . Belə ki o, 1954-cü ildə “Şahmat qədim astrologiya kultlarının elementi kimi” adlı məqaləsində (Водбольский М. Шахматы как элемент астрологических культов в древности. Бюллетен полуфинала ХХI чемпионата СССР. Тбилиси, 1954, № 4, стр. 4) şahmatın qədim astrologiya sistemlərinə inteqrasiya edildiyini göstərir. Onun fikrincə, qədim dövrlərdə şahmat hərbi strategiya ilə yanaşı, astroloji proqnozlar üçün də istifadə olunurdu. Qədim Misir, Babilistan və İran mədəniyyətlərində şahmat taxtası planetlərin hərəkətini və onların yerə təsirlərini simvolizə edirdi.

Beləliklə, şahmatın təkcə intellektual oyun deyil, həm də mistik və simvolik mənalarla yüklü bir fenomen olduğu tarixi mənbələrdə açıq şəkildə görünür. Tarix boyu insanlar şahmatı simvolik və mistik baxımdan araşdırmış, onu gələcəyi öncədən görmək və hətta hadisələrə təsir etmək üçün bir vasitə hesab etmişlər. Bu cür inancların həqiqətə nə dərəcədə uyğun olub-olmaması bir yana, onların şahmatın mədəniyyətlərarası əhəmiyyətini və insan düşüncəsinə təsirini daha da gücləndirdiyi açıqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri