Icma.az
close
up
RU
Tramp Zelenskiyə istədiyini vermədi, Putin bu əraziləri istəyir Görüş öncəsi gərginlik ŞƏRH

Tramp Zelenskiyə istədiyini vermədi, Putin bu əraziləri istəyir Görüş öncəsi gərginlik ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan son görüş Kiyev üçün gözlənilən nəticəni vermədi. Xüsusilə Tomahawk tipli uzaqmənzilli raketlərin tədarükü ilə bağlı Ukraynanın təkidlə istədiyi hərbi dəstək Tramp administrasiyası tərəfindən rədd edildi. ABŞ-ın bu addımı Ukraynada ciddi məyusluq doğurub.
Məsələnin diqqət çəkən tərəfi odur ki, Tramp bu qərarı Rusiya prezidenti Vladimir Putinlə apardığı son telefon danışığından az sonra verib. Ekspertlər istisna etmir ki, Tramp–Putin təması bu məsələdə həlledici rol oynayıb. Vaşinqtondakı bəzi dairələr Tomahawk raketlərinin verilməməsinin yalnız taktiki deyil, həm də geosiyasi hesablamaların nəticəsi olduğunu qeyd edirlər. Tramp isə öz mövqeyini müdafiə edərək, münaqişənin genişlənməsinin qarşısını almağa çalışdığını bildirib.

Maraqlıdır görəsən, Tramp Zelenskiyə istədiyi raketləri niyə vermədi? Putin hansı şərtlər əsasında sülh məsələsində razılığa gələ bilər? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

ABŞ prezidenti Donald Trampın Ukraynaya silah verməkdən imtina etməsi Kiyevdə ciddi narahatlıqla qarşılanıb. Bu vəziyyət, xüsusilə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında gözlənilən görüş ərəfəsində Trampın Putinə zəng etməsi və ehtimal olunan razılaşmaların gündəmə gəlməsi ilə əlaqələndirilir.

Tramp əvvəlki çıxışlarında olduğu kimi, bu dəfə də Rusiya tərəfini bəzi təhdid və xəbərdarlıqlarla müşayiət olunan açıq mesajlarla qarşılayıb. Onun silah tədarükü ilə bağlı sərt mövqeyi Rusiyada da narahatlıq doğurub.

Bu fondda Putin diplomatik gərginliyi azaltmaq və danışıqları yenidən gündəmə gətirmək məqsədilə təşəbbüslər göstərir. Tramp və Putin arasında baş tutan üç saat yarım davam edən telefon danışığında bir sıra vacib məsələlərin müzakirə olunduğu bildirilir. Məlumata görə, Putin işğal altındakı ərazilərin – xüsusilə Donetsk vilayətinin – Rusiya nəzarətində qalmasını əsas məsələ kimi qaldırıb. Tramp isə münaqişənin bitməsi üçün Ukraynanın bəzi ərazilərdən imtina etməsinin əsas şərt olduğunu vurğulayıb.

Hazırda Donetsk vilayətinin təxminən 79 faizi Rusiyanın nəzarətindədir və Moskvanın hədəfi qalan 21 faizi də ələ keçirməkdir.

Bütün bu müzakirələr hələlik qeyri-rəsmi səviyyədə aparılır və yaxın vaxtlarda Budapeştdə keçiriləcək görüşdə konkret qərarların qəbul olunması gözlənilmir. Mümkün variantlardan biri atəşkəs rejiminin əldə olunmasıdır, lakin Rusiya tərəfi bu istiqamətdə müsbət siqnal vermir. Ukrayna isə şərtləri qəbul etməyə və atəşkəs razılaşmasına getməyə hazır olduğunu bildirib.

Bu prosesdə təkcə ABŞ və Rusiya deyil, eyni zamanda Ukrayna və Avropa İttifaqının əsas ölkələrinin mövqeləri də həlledici rol oynayacaq. Budapeşt görüşündə müəyyən razılaşmalar əldə olunsa belə, onların müharibənin bitməsi üçün həlledici nəticələr verəcəyi ehtimalı hələ ki aşağıdır.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Oktyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri