Icma.az
close
up
RU
Şair Nadir Qüdrətoğlunun yeni kitabının təqdimat mərasimi keçirildi (FOTO)

Şair Nadir Qüdrətoğlunun yeni kitabının təqdimat mərasimi keçirildi (FOTO)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tədbiri AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu giriş sözü ilə açaraq qonaqları salamlayıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yaradıcılığın poeziya və hüquqla vəhdəti

S.Babullaoğlu çıxışında Nadir Qüdrətoğlunun həm istedadlı şair, həm də layiqli vətəndaş olduğunu vurğulayıb. O, müəllifin poetik dilinin sadəliyini, məhəbbət şeirlərindəki ülviyyəti, vətən və torpaq həsrəti mövzusundakı dərin duyğularını yüksək qiymətləndirib.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir gənc şairin yaradıcılığındakı mövzu çoxşaxəliliyinə diqqət çəkib. O, müəllifin hüquqşünas olmasına rəğmən ədəbiyyata bağlılığını müsbət dəyərləndirib və gələcəkdə ona sərbəst şeir janrında da qələmini sınamağı tövsiyə edib.

"Vətənpərvərlik və fəlsəfi düşüncələr”

"Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin rəhbəri Cavid İsmayıl şairin yaradıcılığını uzun müddətdir izlədiyini bildirib. O, Nadir Qüdrətoğlunun təkcə sevgi mövzusunda deyil, həm də Qarabağ zəfəri, mənəvi dəyərlər və dövlətçilik ideyaları istiqamətindəki fəlsəfi düşüncələrini qeyd edib, onun peşəkar hüquqşünas kimi fəaliyyətinin şeirlərinə də müsbət təsir etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən şairlər və bədii qiraət ustaları Roma Xosrov və Furqani müəllifin şəxsi keyfiyyətlərindən danışaraq, kitabdan müxtəlif şeirlər səsləndiriblər. Həmçinin naşir Elman Qasımov, şairlər İlqar Türkoğlu, Nəcibə İlkin, Mələk Yazar, yazıçı Mirhicab Abdullayev və şairin əziz dostu, Səyavuş Sərxanlı irsinin yadigarı Əlibəy Sərxanlı da müəllifin yaradıcılığı barədə xoş təəssüratlarını bölüşüblər.

"Bu kitab mənim üçün böyük motivasiyadır”

Yekunda söz alan müəllif Nadir Qüdrətoğlu qonaqlara minnətdarlığını bildirib. O, ixtisasca hüquqşünas olsa da, poeziyaya marağının məktəb illərindən başladığını qeyd edib:

"Son 6 ildə böyük məsuliyyətlə ərsəyə gətirdiyim bu ilk kitabımda oxucuların ruhunu oxşamağa çalışmışam. Yazıçılar Birliyində keçirilən bu təqdimat mənim üçün sadəcə bir tədbir deyil, gələcək yaradıcılığım üçün böyük bir motivasiyadır.”

Tədbirin sonunda müəllif öz şeirlərini qiraət edib, qonaqlar üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri