Icma.az
close
up
RU
İsmayıllıda Qərbi Azərbaycan İrsi kitabının təqdimat mərasimi keçirildi (FOTO)

İsmayıllıda Qərbi Azərbaycan İrsi kitabının təqdimat mərasimi keçirildi (FOTO)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

İyulun 29-da  İsmayıllı Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycana həsr olunan kitabın təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və  beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildi təqdim olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəsimi Teymurov, Qərbi Azərbaycan icmasının aparatının əməkdaşı Əhməd Rzayev, Barana rayon icmasının  sədri Osman Hacıyev, Qərbi Azərbaycan İsmayıllı rayon icmasının sədri Vidadi Mamedov, rayonda yaşayan Qərbi Azərbaycanlılar, ağsaqqallar, ziyalılar, təhsil işçiləri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra qonaqlar Qərbi Azərbaycana həsr olunmuş fotosərgi və "Qərbi Azərbaycan Təravəti” adlı Azərbaycan brendinin istehsal etdiyi məhsullarla tanış olublar. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunduqdan sonra tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov qeyd edib ki,1948-1953-cü il və 1988-ci  illərdə Ermənistandan yüz minlərlə azərbaycanlı deportasiya edilib. Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir. Yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın etnik mənsubiyyətinə xas olan yaşayış məntəqələrinin, coğrafi məkanların adları saxta erməni toponimləri ilə dəyişdirilib, tarixi abidələri məhv edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına ilk hüquqi-siyasi qiymət verdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün Qərbi Azərbaycanla bağlı həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.  Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar adlı kitabın tarixi yaddaşın qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri