Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və Qapanlı kəndlərinin qaz təminatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Şəmkir RQİİ-nin Kür qazpaylayıcı stansiyasından qidalanan Kür qəsəbə qaz kəmərində "Təmiz Qaz" QSC tərəfindən aşkar edilmiş qaz sızmasının və itkisinin aradan qaldırılması ilə əlaqədardır.
Təmir işləri zamanı ümumilikdə 3 369 abonentin qaz təchizatı dayandırılacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Bu mövzuda digər xəbərlər:Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
06 Noyabr 2024 18:52
Baxış sayı:119
Bu xəbər 16 Mart 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















