Şakira DÇ də “qol”unu atdı VİDEO
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Dünyaşöhrətli müğənni Şakira planetin ən nəhəng futbol bayramı olan FIFA Dünya Çempionatının rəsmi açılış mərasimində çıxış edib.
Redaktor.az xəbər verir ki, açılış Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən əfsanəvi “Asteka” (Mexico City Stadium) stadionunda baş tutub.
Mərasimdə dünyaşöhrətli müğənnilər Şakira və Burna Boy çıxış edərək azarkeşlərə unudulmaz anlar yaşadıblar.
Qeyd edək ki, bu, Şakiranın FIFA Dünya Çempionatı üçün hazırladığı ikinci rəsmi himndir.
Müğənni daha əvvəl 2010-cu ildə keçirilən dünya çempionatı üçün təqdim etdiyi “Waka Waka (This Time for Africa)” mahnısı ilə böyük uğur qazanmışdı.
Şakira həmçinin 2014-cü ildə “La La La (Brazil 2014)” mahnısını ifa edib.
Dünya çempionatları ilə sıx bağlı olan sənətçi 2006-cı ildə Almaniyada keçirilən turnirin bağlanış mərasimində də səhnə almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 İyun 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















