Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Kolumbiyalı müğənni Şakira ilk dəfə tam konsertini dünya üzrə canlı yayımlayacaq. Sənətçinin 3 oktyabrda Madriddə keçirəcəyi konsert “Amazon Music”, “Prime Video” və “Twitch” platformalarında pulsuz yayımlanacaq.
“Qafqazinfo” xəbər verir ki, yayım Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Konserti izləmək üçün abunəlik tələb olunmayacaq. Canlı yayım başa çatdıqdan sonra tədbiri 24 saat ərzində yenidən izləmək mümkün olacaq.
Konsert Şakiranın davam edən “Las Mujeres Ya No Lloran” dünya turunun Madrid mərhələsinin bir hissəsidir.
Canlı yayım “Amazon Music”in Latın musiqisini və qadın sənətçiləri dəstəkləyən “Las Mujeres que Impulsan la Música Latina” təşəbbüsü çərçivəsində təşkil olunur.
Şakira ilə “Amazon Music”in əməkdaşlığı çərçivəsində qadın sahibkarlara dəstək və qadınlara süni intellekt və bulud texnologiyaları üzrə pulsuz təlimlər də nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 Oktyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















