Şakiranın konsertinə qatılan on minlərlə insan qızılcaya yoluxa bilər Rəsmi xəbərdarlıq
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur müğənni Şakiranın Nyu-Cersi ştatında verdiyi konsert böyük epidemioloji riskə çevrilib - tədbirə qatılan onminlərlə insan qızılcaya yoluxa bilər.
Oxu.Az-ın "La Vanguardia" nəşrinə istinadla verdiyi məlumatına görə, bu barədə Nyu-Cersi Səhiyyə Departamenti xəbərdarlıq edib.
Bildirilib ki, virus daşıyıcısı olan bir şəxs mayın 15-də baş tutan konsertdə iştirak edib. Konsertin keçirildiyi stadionda təxminən 82 min tamaşaçı olub. Qızılca isə hava-damcı yolu ilə asanlıqla yayılan və ciddi ağırlaşmalara səbəb ola biləcək virus xəstəliyidir.
Hələlik ştatda yeni yoluxma faktı qeydə alınmayıb. Lakin xəstəliyin simptomlarının 10-14 gün ərzində üzə çıxdığı nəzərə alınaraq, Səhiyyə Departamenti yaxın günlərdə mümkün kütləvi yoluxmalara qarşı hazırlıqlı olmağa çağırıb.
Rəsmi qurum bildirib ki, qızılca xüsusilə immun sistemi zəif olan şəxslər üçün təhlükəlidir və əhali bu məsələdə ehtiyatlı davranmalı, simptomlar müşahidə edilərsə, dərhal həkimə müraciət etməlidir.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















