Icma.az
close
up
RU
Sakit Məmmədov: Məqsədimiz Türk dünyası rəssamlarını dünyaya daha yaxından tanıtmaqdır

Sakit Məmmədov: Məqsədimiz Türk dünyası rəssamlarını dünyaya daha yaxından tanıtmaqdır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul, 13 noyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda türkdilli dövlətlərin tanınmış rəssamlarının Türkiyə xalqının böyük lideri Qazi Mustafa Kamal Atatürkün Anım Gününə həsr olunan sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xalq rəssamı, Türk Dünyası Rəssamlar Akademiyasının prezidenti, professor Sakit Məmmədovun kuratorluğu ilə baş tutan sərgidə türkdilli dövlətlərdən 12 rəssamın 106 əsəri nümayiş etdirilir.

Sərginin açılışında Türkiyə ictimaiyyətinin nümayəndələri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının təmsilçiləri, eləcə də çox sayda sənətaevər iştirak edib.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən Sakit Məmmədov akademiyanın yaranması və fəaliyyət istiqamətləri barədə danışıb.

Artıq uzun zamandır Türk dünyası rəssamlarını bir araya gətirərək, onların sərgilərini təşkil etdiyini bildirən Sakit Məmmədov deyib: “Üç il əvvəl bizim Özbəkistan Rəssamlıq Akademiyasında geniş görüşümüz oldu. Orada türkdilli dövlətlərin birgə rəssamlıq akademiyasının yaradılması ilə bağlı qərar verdik. Rusiyada belə akademiya hələ XVIII əsrdə yaranıb. Nəhayət ki, biz də bu arzumuza bu il İstanbulda baş tutan böyük bir toplantı ilə nail olduq. Fikrimcə bu çox mühüm bir hadisədir. Bir neçə gün əvvəl Xalq rəssamları da daxil olmaqla, altı türkdilli dövlətin hər birindən on professorun iştirakı ilə akademiya təsis edildi və yekdilliklə məni akademiyanın həm İdarə Heyətinin sədri, həm də prezidenti seçdilər. Akademiyamız fəaliyyətə başlayıb və artıq 12 rəssama akademik ünvanı vermişəm. Onlardan beşi fəxri, digərləri isə akademiyanın həqiqi üzvü adını alıblar”.

Akademiyanın ilk sərgisinin türk ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun xatirəsinə həsr olunduğunu və İstanbulun ən mötəbər məkanlarından olan Zorlu Performans Sənətləri Mərkəzində “Ulu bozqırın ruhu” mövzusunda açdıqlarını xatırladan Xalq rəssamı sözlərinə belə davam edib: “Bu ikinci sərgimizdir və çox böyük maraq doğurduğunu görürük. Növbəti sərgimizi dekabr və ya yanvar aylarında Azərbaycanda keçirəcəyəm. Bakıda olacaq sərgidə də bir neçə rəssama akademik adının verilməsi nəzərdə tutulur. Artıq akademiyanın qızıl medal və diplomları hazırlanıb və gələcəkdə tanınmış rəssamlara təqdim ediləcək. Yəni, çox gözəl planlarımız var”.

Bundan əvvəl Türkiyə, Macarıstan, Özbəkistan, Qırğızıstan kimi bir çox ölkədə bir neçə dəfə sərgi açdığını qeyd edən professor bildirib ki, bu sərgiyə də Türk dünyasının ən tanınmış rəssamları dəvət edilib: “Bundan sonra Böyük Britaniya, Almaniyada və ABŞ-da sərgilər təşkil edəcəyəm. Burada əsas məqsəd akademiyanın vasitəsilə Türk dünyası rəssamlarını dünyaya daha yaxından tanıtmaqdır. Sərgilərimizdən birini də Türk dünyasının dahi insanlarına həsr etməyi düşünürəm. Məqsədimiz Türk dünyasının tanınmış rəssamlarının adlarının əbədiləşdirilməsi, kölgədə qalan və yaxud yaş baxımında artıq fəaliyyət göstərə bilməyən bəzi sənətkarlarımızı üzə çıxarmaqdır”.

Oktyabrda İstanbulda Avropa Senatının Zirvə toplantısının keçirildiyini deyən Xalq rəssamı söyləyib ki, Avropa Senatının fəxri Senatoru olaraq bu toplantıda iştirak edib: “Oradakı geniş çıxışımda həm Azərbaycanın, həm Türk dünyası rəssamlarını əhatə etdim. Hər tədbirdə əsas vurğunu öz Vətənimə edirəm və hər dəfə də Azərbaycanın Qafqazın mədəniyyət paytaxtı olduğunu deyirəm. Azərbaycanın mədəniyyət xadimi olduğum üçün fəxr edirəm və öz mədəniyyətimizi dünyaya göstərməyə çalışıram. Akademiyanın prezidenti olaraq Türk dünyası rəssamlarının dünyada tanınmasını təşkil etmək üçün əlimdən gələni edəcəyəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri