Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Dünyanın ən nəhəng abidələri

Politoloq Aqil Məmmədov: Avropa İttifaqı türk dünyası ilə yaxınlaşır

Politoloq Aqil Məmmədov: Avropa İttifaqı türk dünyası ilə yaxınlaşır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Avropa İttifaqının Türk dövlətləri ilə əlaqələri dərinləşdirmək üçün atdığı son addımlar, gələcək əməkdaşlığın daha da genişlənməsinə dair əhəmiyyətli bir siqnal kimi qiymətləndirilə bilər".

Bunu Oxu.Az-a politoloq Aqil Məmmədov bildirib.

O qeyd edib ki, bu strateji dönüş kontekstində Türkiyə, Azərbaycan və Mərkəzi Asiya respublikaları kimi Türk dövlətləri Aİ üçün həm etibarlı tərəfdaşlar, həm də yeni əməkdaşlıq imkanları təqdim edən regionlar kimi ön plana çıxır:

"Aprel ayı ərzində planlaşdırılan görüş və məsləhətləşmələr bu intensivliyin artaraq davam edəcəyinə işarədir. Görünən odur ki, bahar havası münasibətlərin yenidən canlandırılması üçün maksimum dərəcədə səmərəli şəkildə istifadə ediləcək".

Almaniya Azərbaycanla yaxınlaşma siyasətinə keçir

Politoloq qeyd edib ki, bu kontekstdə ilk təmas bu gün Bakıda baş tutdu:

"Almaniya prezidentinin səfəri və intensiv görüşlər təkcə Bakı-Berlin münasibətləri baxımından deyil, eyni zamanda, Aİ-Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, ABŞ-Aİ münasibətlərində müşahidə edilən sərinlik fonunda Vaşinqtonun zəifləyən mövqelərini yerini tutmağa rəsmi Berlin can atır. İkinci Dünya müharibəsindən sonra Yalta razılaşması ilə Qərb və Şərq maraq dairələrinə bölünən Avropa, SSRİ-nin dağılması nəticəsində Şərqi Avropa ölkələrinin Moskvanın təsirindən çıxması ilə yenidən dəyişdi. 2020-ci ildən sonra baş verən proseslər və Donald Trampın həyata keçirdiyi xarici siyasət nəticəsində Vaşinqtonun Qərbi Avropa maraq dairəsində müəyyən mənada əvvəlki nəzarətini itirdiyi müşahidə olunur. Yaltadan bəri ilk dəfə Almaniya təkcə Avropanın iqtisadi gücü deyil, eyni zamanda, siyasi mərkəzə çevrilmə perspektivinə real şans qazanıb. Bu məqsədlə Almaniya təkcə Aİ daxilində deyil, həm də böyük gələcək vəd edən regionlarla yaxınlaşma siyasətinə keçid edir. Gözlənilir ki, Almaniya Qafqaz ölkələri ilə sıx təmas quraraq yaxın gələcəkdə bu regionda açılması mümkün olan geniş iqtisadi potensialdan faydalanmağa çalışacaq.

Xəzər hövzəsindən təbii qaz və neft tədarükünün artırılması Aİ-nin uzunmüddətli enerji təhlükəsizliyi üçün prioritet məsələlərdəndir. Məsələn, Azərbaycanla imzalanan yeni enerji memorandumları və Cənub Qaz Dəhlizinin potensial genişləndirilməsi Avropanın qaz tələbatının bir hissəsini qarşılamağa kömək edəcək. Almaniya burada da, öz iştirakını artırmaq və mümkün qədər möhkəmləndirmək niyyətində olduğu görsənir".

Aİ-Türkiyə yüksəksəviyyəli iqtisadi dialoqu 6 illik fasilədən sonra intensivləşir

Politoloq daha sonra vurğulayıb ki, Aİ-nin Türk dövlətləri ilə yaxınlaşma siyasətinin başlanmasını göstərən digər mühüm amil, Türkiyə və Aİ arasında dialoq kanallarını inkişaf etdirmək üçün 2015-ci ildə təsis edilmiş Yüksəksəviyyəli İqtisadi Dialoq (HLED) mexanizminin yenidən canlandırılması barədə qərardır:

"Bu mexanizm çərçivəsində üç görüş keçirildikdən sonra verilmiş altı illik fasilədən sonra dialoqun bərpası 2024-cü ilin dekabr ayında Aİ-də təşkil edilən iclasda gündəmə gətirilib və Aİ zirvəsində də təsdiq olunaraq rəsmi xarakter alıb.

Bu yeni dövrün ilk toplantısı sabah, 3 aprel tarixində Brüsseldə keçiriləcək. Görüş, tərəflər arasında iqtisadi əlaqələrin sürətlənməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Məlumata əsasən, toplantıda Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnkişaf Şurası Bankı kimi Avropa mənşəli maliyyə qurumlarının yüksəksəviyyəli nümayəndələri də iştirak edəcəklər. Altı illik fasilədən sonra dialoqun bərpa olunması Türkiyə-Aİ münasibətləri baxımından son dərəcə vacib addım kimi dəyərləndirilə bilər. Türkiyə rəsmiləri mütəmadi şəkildə Aİ-yə üzvlüyün Ankara üçün strateji hədəf olduğunu vurğulayıblar.

Türkiyənin qlobal enerji nəqli marşrutlarında dönüş nöqtəsi statusunda olması və yeni aşkar edilmiş yerli qaz ehtiyatları, Ankara-Brüssel xəttində iqtisadi prioritetləri daha da ön plana çıxarır. Aİ-nin Türkiyə ilə yüksəksəviyyəli iqtisadi dialoq formatında əməkdaşlığı bərpa etməsi də bu kontekstdə xarakterik nümunədir. Ümumiyyətlə, Türkiyə ixracının təxminən 42 faizi Aİ ölkələrinə yönəldilir və Türkiyə ittifaqın beşinci ən böyük ticarət tərəfdaşı statusuna malikdir".

Səmərqənd sammiti: Aİ-nin Mərkəzi Asiya siyasətində yeni səhifə açılır

Aqil Məmmədov onu da əlavə edib ki, sabah, eyni zamanda, Türk dövlətləri ilə Avropa İttifaqı arasında yaxınlaşma məsələlərinin Türk dünyasının mənəvi paytaxtı Səmərqənddə müzakirə ediləcəyi gözlənilir:

"Aİ-nin iki ən yüksəksəviyyəli rəsmisi - Ursula fon der Lyayen və Antoni Koşta - 3-4 aprel tarixlərində Özbəkistanda səfərdə olacaqlar. Bu sammit, Avropa İttifaqının Mərkəzi Asiya ilə ikitərəfli əməkdaşlığı dərinləşdirmək və regional inteqrasiyanı genişləndirmək istiqamətindəki geosiyasi maraqlarını nümayiş etdirməsi üçün başlıca platforma rolunu oynayacaq. Avrasiya məkanında cərəyan edən geosiyasi proseslər fonunda Aİ ilə Mərkəzi Asiya və bütövlükdə türk dünyası arasındakı münasibətlər tədricən daha da strateji əhəmiyyət kəsb etməkdədir.

Qeyd etmək lazımdır ki, Aİ 2019-cu ildə Mərkəzi Asiya dövlətləri ilə əlaqələri dərinləşdirmək məqsədilə yeni Orta Asiya strategiyası qəbul edib. Bu yenilənmiş strategiya region ölkələri ilə daha möhkəm, müasir və inklüziv tərəfdaşlığı gücləndirməyə, Mərkəzi Asiyanı daha sabit, iqtisadi və siyasi baxımdan bir-biri ilə əlaqəli bir məkana çevirməyə yönəlib. Aİ Mərkəzi Asiyanın ikinci ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, bölgəyə qoyulan bütün xarici sərmayələrin 40 faizdən çoxunu təmin edən ən böyük investor rolunda çıxış edir. İkitərəfli münasibətləri daha da dərinləşdirmək məqsədilə Aİ, Türkmənistan istisna olmaqla, bütün Orta Asiya dövlətləri ilə genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq sazişlərini (EPICA) razılaşdırıb.

Beləliklə, Almaniya prezidentinin Azərbaycana səfəri, Aİ-Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqunun yenidən bərpa olunması və Səmərqənddə Mərkəzi Asiya ilə ortaq zirvə görüşünə hazırlıqlar, Avropa İttifaqının uzunmüddətli əməkdaşlıq istiqamətində real addımlar atdığını göstərir. Bu vəziyyət, türk dilli dövlətlərin yaşadığı coğrafiyada yeni tərəfdaşlıq formatlarının formalaşmasına zəmin yaradır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin xammal ehtiyatları, tranzit potensialı, Türkiyənin mühüm nəqliyyat habına çevrilməsi Avropa üçün geniş perspektivlər açır. Digər tərəfdən, region dövlətləri də Aİ ilə tərəfdaşlığı iqtisadi modernləşmə, investisiya artımı və beynəlxalq bazarlara çıxış baxımından səmərəli hesab edirlər.

Gözləmək olar ki, qarşıdakı illərdə regiondakı aktivlik daha da yüksələcək, bir sıra irimiqyaslı infrastruktur və enerji layihələrinə start veriləcək. Rəqabət mühitinin güclənməsi isə həm Aİ, həm də region ölkələri üçün yeni imkanlar yaratmaqla yanaşı, mürəkkəb geosiyasi şəraitdə balans qurmağa da kömək edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17017

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1026

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see227

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see159

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see147

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see147

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see144

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see143

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see138

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see132

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see132

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see128

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri