Icma.az
close
up
RU
Sakit okeanın dərinliklərində nəhəng polimetal yataq aşkarlanıb

Sakit okeanın dərinliklərində nəhəng polimetal yataq aşkarlanıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinli alimlər Sakit okeanın qərb hissəsində fəaliyyət göstərən böyük və yüksək temperaturlu hidrotermal sahə aşkar ediblər. İlkin tədqiqatların nəticələrinə görə, burada yerləşən polimetal sulfid ehtiyatları dünyada məlum olan ən iri dərinlik yataqları ilə müqayisə edilə biləcək səviyyədə ola bilər.

Ekspedisiya Tsinxua Universiteti, Çin Geoloji Xidmətinin Dəniz Geologiyası İnstitutu, Şanxay Ciaotun Universiteti və digər elmi müəssisələrin mütəxəssislərindən ibarət birgə tədqiqat qrupu tərəfindən təşkil olunub. Araşdırmalar Çinin “Xiangyanghong-10” okeanoqrafik gəmisində aparılıb. Aşkar edilən yataq Sakit okeanın qərb hissəsindəki arxadağ çökəkliyində, Çinin müstəsna iqtisadi zonası daxilində yerləşir.

Alimlər bundan əvvəl həmin ərazidə ondan çox tədqiqat həyata keçirib və 700–1500 metr dərinlikdə onlarla yüksək temperaturlu hidrotermal mənbə müəyyən ediblər. Bəzi mənbələrdə hidrotermal mayelərin temperaturu 315 dərəcədən yuxarı olub.

Əvvəlki araşdırmaların nəticələrinə əsaslanan yeni ekspedisiya zamanı ərazidə daha detallı kəşfiyyat işləri aparılıb və birbaşa dəniz dibindən nümunələr götürülüb. Bu işlər yeni böyük hidrotermal sahənin dəqiq yerləşməsini müəyyənləşdirməyə imkan verib. Sahə ilə əlaqəli sulfid yatağı üç iri konusşəkilli mineral quruluşdan ibarətdir.

Gəmidə aparılan ilkin laboratoriya analizləri göstərib ki, filiz cisimlərinin əsas hissəsini iqtisadi baxımdan mühüm hesab olunan xalkopirit, pirit və sfalerit mineralları təşkil edir.

Bəzi nümunələrdə qızılın miqdarı milyonda 15,4 hissəyə çatıb. Bu, bir ton filizdə 15,4 qram qızılın olması deməkdir. Gümüşün miqdarı isə 1271 ppm-ə, yəni bir ton filizdə 1271 qrama qədər yüksəlib. Tədqiqatçılar qeyd edirlər ki, bu metalların orta konsentrasiyası da qurudakı bir sıra yataqlarda qeydə alınan göstəricilərdən xeyli yüksəkdir.

İlkin hesablamalara əsasən, ərazidəki polimetal sulfidlərin potensial ehtiyatları dünya səviyyəli iri dərinlik yataqları ilə müqayisə oluna bilər.

Aşkar edilmiş yatağın yerləşdiyi arxadağ çökəkliyi Avrasiya və Filippin dəniz litosfer plitələrinin sərhədinə yaxın ərazidə yerləşir. Bu zona yüksək tektonik fəallığı ilə seçilir.

Hidrotermal yataqların formalaşması mürəkkəb geoloji proseslərlə bağlıdır. Dəniz suyu okean dibindəki çatlara daxil olur və aşağıda yerləşən maqmanın təsiri ilə qızır. Nəticədə burada bir sıra fiziki və kimyəvi reaksiyalar baş verir. Yüksək temperaturlu hidrotermal mayelər Yer qabığının dərin qatlarından müxtəlif maddələri çıxararaq onları konsentrasiya edir.

Qızmış mayelər yuxarı qalxaraq soyuq dəniz suyu ilə qarışdıqda yeni kimyəvi reaksiyalar baş verir. Mayedə həll olmuş metallar reduksiya olunmuş kükürdlə qarşılıqlı təsirə girərək bərk sulfidlər əmələ gətirir. Bu maddələr zaman keçdikcə dəniz dibinə çökür və toplanaraq dərinliklərdə mineral yataqlar formalaşdırır.

Ekspedisiya iştirakçıları hidrotermal sahənin ətrafında çoxsaylı canlı orqanizm icmalarını da aşkar edib və fotoşəkillərini çəkiblər. Onların arasında krevetlər, xərçənglər, molyusklar və ekstremal şəraitdə yaşamağa uyğunlaşmış digər orqanizmlər var.

Tsinxua Universitetinin Okean Mühəndisliyi İnstitutunun dekan müavini Sun Şicinin sözlərinə görə, belə ekstremal dərinlik mühitlərində yaşayan bioloji icmalar böyük elmi maraq doğurur. Bu orqanizmlərin öyrənilməsi həyat proseslərinin əksər canlıların mövcud olduğu adi şəraitdən əhəmiyyətli dərəcədə fərqlənən mühitlərdə necə davam etdiyini daha yaxşı anlamağa imkan verir.

Qızıl, gümüş, mis, sink və digər qiymətli resursların yüksək konsentrasiyasına baxmayaraq, hazırda belə aktiv hidrotermal yataqların sənaye məqsədilə işlənməsinə başlamaq mümkün deyil. Buna böyük dərinliklərdəki nəhəng təzyiq, mürəkkəb geoloji şərait və digər texniki çətinliklər mane olur.

Bununla belə, yeni kəşf Sakit okeanın dərinliklərində mineral ehtiyatların öyrənilməsi baxımından mühüm elmi nəticə hesab olunur. Tədqiqatların davam etdirilməsi yatağın real ehtiyatlarının və gələcəkdə onun iqtisadi əhəmiyyətinin daha dəqiq qiymətləndirilməsinə imkan verə bilər.

Hazırladı:

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri