Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Liverpul”un futbolçusu Məhəmməd Salah PSJ-yə keçə bilər.
QOL.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi 32 yaşlı hücumçunun transferi ilə şəxsən özü maraqlanır.
Kilian Mbappenin "Real"a gedişindən sonra hücum xəttindəki boşluğu doldurmaq istyən paytaxt klubu misirli futbolçuya ildə 40 milyon avro maaş verməyə hazırdır. Bu keçid baş tutsa, Salah Avropada ən çox maaş alan oyunçusu olacaq.
Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Mersisayd təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Baxış sayı:140
Bu xəbər 01 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















