Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Trabzonspor”un hücumçusu Məhəmməd Salah komandasının Avropa Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a məğlub olmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, türkiyə təmsilçisi cavab matçında 0:4 hesabı ilə uduzub. İlk görüşdə də 0:1 hesabı ilə məğlub olan “Trabzonspor” mübarizəni Avropa Liqasında davam etdirə bilməyib və Konfrans Liqasına düşüb.
Salah sosial şəbəkə hesabında yazıb:
“Menim karyeramda heç nə asan başa gəlməyib. Uğursuz axşamlar və məyusluqlar futbolun bir hissəsidir və mən onları motivasiyaya və kuboklara çevirməyi öyrənmişəm. “Trabzonspor” mənim klubumdur və mən bütün qəlbim və ruhumla bu layihənin bir hissəsiyəm. Dünənki axşam bunu dəyişməyəcək. Bilirəm ki, gözləntilər yüksəkdir və səmimi qəlbdən inanıram ki, hər şey bizim üçün yaxşı alınacaq və uğur qazanacağıq. Mən buraya qələbələr üçün gəlmişəm. Mənim üçün bunlar sadəcə sözlər deyil”.
Baxış sayı:146
Bu xəbər 28 Avqust 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















