Salahın “Beşiktaş”a keçidi niyə baş tutmadı? Səbəb bəlli oldu
Apasport saytına istinadən Icma.az xəbər verir.
Məhəmməd Salahın “Beşiktaş”a mümkün transferinin baş tutmamasının səbəbi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İstanbul klubu misirli futbolçuya bonuslarla birlikdə təxminən 20 milyon avro maaş təklif edib və tərəflər bu məsələdə razılığa gəliblər.
Lakin Salahın meneceri Rami Abbas əvvəlcə 7,5 milyon avro komissiya tələb edib. Sonradan bu məbləği 5 milyon avroya endirib.
Əsas fikir ayrılığı isə futbolçunun adı və imici ilə bağlı məhsulların satışından əldə olunacaq gəlir üzərində yaranıb. Menecer Salahın forması da daxil olmaqla, onunla bağlı Türkiyədə satılacaq bütün məhsullardan klubun əldə edəcəyi gəlirin 50 faizini tələb edib. Misirdəki satışlardan qazanılacaq mənfəətin isə tam şəkildə futbolçu tərəfinə verilməsi istənilib.
Məlumata görə, satış hədəflərinə çatılacağı halda bu gəlirin Salahın illik maaşına yaxın məbləğ təşkil edəcəyi hesablanıb.
Qeyd edək ki, tərəflər əməkhaqqı ilə bağlı razılığa gəlsələr də, kommersiya gəlirlərinin bölüşdürülməsi məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
“Qalatasaray” İtaliya klubuna məğlub oldu “Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb” DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO Suzuki uğrunda yarış: PSJ və "Yuventus" "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:219
Bu xəbər 28 İyul 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















