Icma.az
close
up
RU
SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsində xaricdən gələn pulla bağlı türkiyəli şahid ifadə verib

SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsində xaricdən gələn pulla bağlı türkiyəli şahid ifadə verib

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsində xaricdən gələn pul vəsaitləri ilə bağlı türkiyəli şahid ifadə verib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə Cinayət Məcəlsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmənin gedişində Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə Respublikası vətəndaşı Kefsiz Hüseyin Abdulqani oğlu dindirilib.

O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək Mətləb Bağırovu şəxsən tanımasa da, xarici ölkədə fəaliyyət göstərən Nedim Kaya adlı tanışının xahişi ilə Mətləb Bağırova üçüncü ölkələrdən tanımadığı şəxslər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərini 2022-2023-cü illər ərzində hissə-hissə olmaqla onun Bakı şəhərində olan nümayəndələri Fərid, Ramiq və adlarını xatırlamadığı digər şəxslərə şəxsən verdiyini, sonuncu dəfə 2023-cü ilin yanvar ayında xaricdən Mətləb Bağırov üçün göndərilən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini Nərimanov rayonu ərazisində sonuncunun nümayəndəsi Fərid adlı şəxsə hissə-hissə verdiyini bildirmişdir.

Dövlət ittihamçısının "əgər, həmin pul qanunsuz deyildisə, niyə Bakıda kiməsə çatdırmaq üçün sizə verirdilər, həmin adam özü çatdıra bilməzdimi?" sualına cavab olaraq şahid deyib ki, pulu xarici ölkədən göndərən şəxsi uzun müddətdir tanıyır və onun dostudur. Şahid qeyd edib ki, dostunun niyə pulu çatdırmaq üçün onu seçdiyini bilməyib.

Növbəti məhkəmə prosesi digər şahidlərin də dindirilməsi üçün dekabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov xaricdə dini təhsil alıb, İnterAz və SalamNews informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see122

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri