Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən AZAD ETDİ
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə Zülfüqar Qarakişi oğlu Xəlilov vəzifəsindən azad edilib.
Saleh Məmmədovun digər əmri ilə MMC-nin direktoru vəzifəsinə Əflatun Xanoğlan oğlu Feyzullayev təyin olunub.
Qeyd edək ki, 6 saylı "Magistral Yolların İstismarı" MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda "Orion-E" MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da "Orion-E" MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb.
Baxış sayı:75
Bu xəbər 05 İyun 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















