“Salfetka” satan, təkər qaraldan, qoyun otaran uşaqlar: Onlara görə kim cəzalandırılır?
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uşaq əməyinin istismarı hər zaman aktualdır.
Çünki bu zaman uşaqlar nəinki yalnız tərbiyə və təhsildən kənarda qalır, onların dünyagörüşü başqa istiqamətdə formalaşır. Bu gün də müxtəlif sahələrdə uşaq əməyindən istifadə hallarına rast gəlinir.
Məhz bunu nəzərə alaraq Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatında deyilir.
Qeyd edilib ki, bununla bağlı Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Bu da bir faktdır ki, hələ də küçədə dilənən azyaşlı uşaqlara, eləcə də təsərrüfatda çalışan orta məktəb şagirdlərinə rast gəlinir. Həmçinin son vaxtlar uşaq əməyindən filmlərdə, reklamlarda da istifadə olunur. Ümumilikdə hazırda uşaq əməyinin istismarı ilə bağlı hansı cəzalar nəzərdə tutulur?
Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, əvvəllər də uşaq əməyinin istismarına görə müəyyən cəzalar, əsasən də cərimələr tətbiq olunub:
“Burada həmin əməyi istismar edən şəxslə bağlı məsələ də var idi. Yəni onun fiziki, yaxud hüquqi şəxs olması cərimənin məbləğinə, görüləcək tədbirlərin ağırlığına təsir göstərən amillərdir. İstismar məsələsini müəyyən etmək lazımdır.
Çünki uşaqların ev işlərinə cəlb olunması halları var. Uşaqlar kəndlərində qoyun otarılması, toyuqlara yem verilməsi, heyvanlara baxılması, yaxud ot biçimində kömək edir.
Qanunvericilik istismar sözünü əlavə etməklə faktiki olaraq bu məsələləri ayırıb”. Vəkil deyib ki, uşaq əməyindən istifadə etmək, yararlanmaq başqadır:
“Məsələn, ailədə valideyn övladına evlə bağlı hər hansı bir iş tapşırır. Uşağı istismar etmək isə ondan gəlir əldə etmək deməkdir. Yəni uşağın əməyindən istifadə edərək o sahədə gəlir əldə edirlər.
Belə valideynin ya psixoloji, ya da fiziki təsirləri nəticəsində ya uşaq gedib çöldə maşın yuyur, nəqliyyat vasitəsinin təkərini qaraldır, əlində “salfetka” satır və bunlardan pul qazanaraq gətirib evə verir. Valideyn o pulu uşağın əlindən alırsa, bu, artıq istismardır.
Qanunvericilikdə məhz bu istismar qadağandır. İstismar halı mövcud olmalıdır ki, həmin cəzalar o halda tətbiq edilsin”.
Hüquqşünas deyib ki, ancaq 15 yaşdan yuxarı yaşda uşağın çalışması istismar ola da bilər, olmaya:
“İlk növbədə bu yaşda valideynin razılığı ilə uşağın işləməsinə imkan yarada bilər. Əgər uşaq işləyib, müəyyən gəlir əldə edirsə, valideyn həmin gəlirin hamısını uşağın əlindən alırsa, eləcə də o uşağa heç bir imtiyazlar yaratmırsa, bu, istismar halı sayıla bilər.
İlk növbədə aydınlaşdırılmalıdır ki, uşaq öz istəyi ilə işləyir, yoxsa məcbur edilir. İkinci hal uşağın işlədiyi sahədən əldə etdiyi gəlirdən özünün istifadəsi ilə bağlıdır. Bu hallar mütləq şəkildə müəyyən edilməlidir ki, istismar aşkarlansın”.
Uşaqlardan filmlərdə, reklamlarda istifadə hallarına gəldikdə isə hüquqşünasın fikrincə, uşaq buna məcbur edilərsə, əməyinin istismarı ola bilər:
“Əgər uşağın marağı, istedadı, bacarığı varsa, burada məqsəd fərqlidir. Uşaq məcbur edilirsə, bu da istismar sayılır. Şəxsən mən uşaq istismarı ilə bağlı məhkəmə prosesinə praktikada rastlaşmamışam. Çünki bir çox hallarda uşaq əməyinin istismarı müəyyən edildiyi təqdirdə istismar edən şəxs inzibati qaydada cərimə olunur.
Bu, məhkəmədənkənar baş verən proses olduğuna görə, biz məhkəmədə demək olar ki, bu hallarla rastlaşmırıq. Valideyn uşağı əməyə cəlb edirsə, yaxud, məsələn, üçə uşaqları əməyə məcbur edilirsə, İnzibati Xətalar Məcəlləsi ilə onlar barəsində protokol tərtib olunur və cərimələnirlər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Uşaq əməyinin istismarı Ruslan Mustafayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:44
Bu xəbər 27 Yanvar 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















