Icma.az
close
up
RU
Salman Babazadə: Bolt Business i Azərbaycanda etibarlı korporativ mobillik tərəfdaşına çevirəcəyik FOTO

Salman Babazadə: Bolt Business i Azərbaycanda etibarlı korporativ mobillik tərəfdaşına çevirəcəyik FOTO

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Yüksəliş" qalibi və Bolt Business-in yeni rəhbəri Salman Babazadə müsahibə verib. 
Demokrat.az
müsahibəni təqdim edir:
- Salman bəy, ilk olaraq yeni təyinatınızı təbrik edirik. Təcrübəniz haqqında qısa məlumat verə bilərsinizmi?
- Təşəkkür edirəm. Mən mühəndislik üzrə təhsil almışam və karyerama neft-qaz sektorunda başlamışam. Daha sonra peyk və şəbəkə mühəndisi kimi çalışmış, paralel olaraq marketinq, çatdırılma və tədbir təşkilatçılığı sahələrində öz biznes təşəbbüslərimi inkişaf etdirmişəm.
COVID dövründə biznes mühitində yaranan çətinliklər səbəbilə yenidən korporativ sektora qayıdaraq Azerkosmos-da Afrika regionu üzrə satış sahəsində fəaliyyət göstərdim. Dörd ildən artıq beynəlxalq təcrübə qazandıqdan sonra daha qlobal, innovativ və sürətli inkişaf edən bir mühitdə çalışma istəyi məni Bolt komandasına gətirdi.
- “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olmusunuz. Bu təcrübə sizin üçün nə ifadə edir?
- Bəli, 2024-cü ildə “Yüksəliş” liderlik müsabiqəsinin qaliblərindən biri oldum. Müsabiqə çoxsəviyyəli liderlik tapşırıqları, analitik testlər və intensiv komanda işlərindən ibarət idi. Biz real liderlik situasiyalarına uyğun qərarlar verməli və həllər hazırlamalı idik.
16 mindən çox iştirakçı arasından 25 qalibdən biri seçilmək mənim üçün böyük qürurdur. Bu uğur yalnız karyera baxımından reputasiya qazandırmaqla kifayətlənmədi, eyni zamanda geniş peşəkar əlaqə şəbəkəsi və praktiki liderlik təcrübəsi əldə etməyimə imkan yaratdı. “Yüksəliş” mənim üçün liderlik bacarıqlarımın təsdiqi və gələcək planlarım üçün möhkəm dayaq nöqtəsidir.
- Niyə məhz Bolt? Şirkət sizi nə ilə cəlb etdi?
- Bolt-un qlobal, müasir və innovativ yanaşması ilk gündən diqqətimi çəkdi. Startup olaraq fəaliyyətə başlayıb bu gün 50-dən çox ölkədə, yüzlərlə şəhərdə milyonlarla istifadəçiyə xidmət göstərən bir şirkətə çevrilməsi mənim üçün ilhamvericidir.
Bolt-un əsas missiyası - insanlara daha rahat, əlçatan və dayanıqlı hərəkət imkanları yaratmaq - şəxsi dəyərlərimlə tam üst-üstə düşür. Bu yanaşma təkcə fərdi istifadəçilərə deyil, korporativ mobilliyə də şamil olunur. Avropada şirkətlərin ənənəvi avtomobil parklarından imtina edərək daha çevik, iqtisadi və məsuliyyətli paylaşılan mobillik modellərinə keçməsi bunun bariz nümunəsidir.
Bolt Business də bizneslər üçün məhz bu qlobal trendlərə uyğun səmərəli və innovativ alternativ təqdim edir. Şirkətin təkcə taksi xidməti deyil, bütöv bir mobillik ekosistemi qurduğunu gördükdən sonra bu komandanın bir hissəsi olmaq qərarım daha da möhkəmləndi.
- Bolt Business-in Azərbaycandakı mövqeyi Avropa ilə müqayisədə necədir?
- Azərbaycanda korporativ mobillik bazarı hələ inkişaf mərhələsindədir, lakin çox böyük potensiala malikdir. Fairmont Hotel ilə elektrik Tesla avtomobilləri üzrə əməkdaşlığımız, həmçinin AZAL ilə millərin Bolt gedişlərinə çevrilməsi kimi layihələr Bolt Business-in biznes icması daxilində tanınmasını və etibarlılığını əhəmiyyətli dərəcədə artırıb.
2025-ci ildə bazarın real ehtiyaclarını daha dərindən analiz edərək resurslarımızı gücləndirdik və həm B2B, həm də B2C seqmentlərində ciddi tələbat olduğunu müşahidə etdik. Bolt Business-in əsas üstünlüyü ondan ibarətdir ki, şirkətlər bütün nəqliyyat xərclərini vahid panel üzərindən idarə edə, aylıq tək faktura ala, əməkdaşlar üçün fərdi limitlər təyin edə və səyahət siyasətinə uyğun nəzarət mexanizmləri tətbiq edə bilirlər.
Bu yanaşma həm xərclərə şəffaflıq gətirir, həm də korporativ mobilliyin idarə olunmasını xeyli sadələşdirir. Məhz bu rahatlıq səbəbilə bir çox şirkət ənənəvi avtomobil parklarından imtina edərək daha çevik və səmərəli Bolt Business həllərinə üstünlük verir.
- Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?
- 2026-cı il üçün əsas hədəflərimiz bazar payını artırmaq, məhsul və xidmət keyfiyyətini müştəri rəyləri əsasında davamlı şəkildə təkmilləşdirmək, yeni kateqoriyalar təqdim etmək və Azərbaycanda korporativ mobillik mədəniyyətini daha da gücləndirməkdir. Məqsədimiz Bolt Business-i bizneslər üçün uzunmüddətli və etibarlı strateji tərəfdaş kimi mövqeləndirməkdir.
- Bolt Business sizin liderlik yolunuzda necə rol oynayır?
- Bolt mənim üçün sadəcə iş yeri deyil, peşəkar inkişaf platformasıdır. Burada innovasiyalarla işləmək, real biznes dəyəri yaratmaq və komandalarla birlikdə nəticəyə fokuslanmaq imkanı var. Liderlik bacarıqlarımı tətbiq etmək və daha da inkişaf etdirmək üçün Bolt ideal mühit təqdim edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri