Salyan şosesində qəza ziyan dəyən dəmir məhəccərlər nə vaxt düzəldiləcək? RƏSMİ AÇIQLAMA FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son günlər ölkə ərazisində baş verən qəzalara görə yol infrastrukturuna dəyən zərər sürücülərin əsas narahatlıq mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, belə ərazilərdən biri də Səbail rayonudur. Bir neçə ay əvvəl Bibiheybvət məscidi yaxınlığında, Salyan şosesində baş verən qəza səbəbilə yoldakı dəmir məhəccərlərə zərər dəyib. Lakin artıq uzun müddətdir ki, ərazidə hansısa təmir işləri aparılmır. Bu isə günün qaranlıq saatlarında Salyan şosesində sürücülərin sürəti daha da aşağı salmasına, nəticədə nəqliyyat axınında ləngimələrə gətirib çıxarır.
Mövzu ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərdik. Qurumun mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında bildirdi ki, dəmir məhəccərlər sifariş verilib və yaxın müddətdə ərazidə məhəccərlərin dəyişdirilməsinə başlanacaq.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 İyun 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















