Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Planlaşdırılan toy məclisi isə təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb
21 Avqust 2026 04:41
Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb
07 Avqust 2026 19:04
Neftçalada nikah yaşına çatmayan qızın planlaşdırılan toyunun qarşısı alınıb
24 Oktyabr 2025 20:34
Goranboyda 16 yaşlı qızın nişanının qarşısı alındı
04 Noyabr 2025 19:30
İmişlidə 16 yaşlı qızın nişanının qarşısı alındı
26 Oktyabr 2025 12:36
Baxış sayı:156
Bu xəbər 17 Avqust 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















